“Oyunda tam üstünlüyə malik olsaq da, qalib gələ bilmədik, Hava şəraitinin əlverişsiz olması ötürmələrdə öz təsirini göstərirdi".
Korner.az-ın məlumatına görə, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Ramiz Məmmədov "Turan"a məğlubiyyətdən sonra (0:1) deyib.
Məmmədov bu məğlubiyyətin əvəzini qarşıdakı oyunlarda çıxmağa çalışacaqlarını bildirib:
“Turan”ı qələbə münasibəti ilə təbrik edirəm. Bu, oyundur, hər şey ola bilər. Qarşıda “Qarabağ” və “Neftçi” ilə çətin oyunlarımız var. Bu məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq”.
