“Qəbələ” klubunda yeni təyinat rəsmiləşib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın sabiq baş məşqçisi Ramiz Məmmədov klubda yeni posta – idman direktoru vəzifəsinə təyin olunub.
Bununla da, 44 yaşlı mütəxəssisin 2 illik fasilədən sonra əvvəlki klubunda yenidən fəaliyyətə başlayıb.
Məmmədov 2009/10 mövsümü başa çatandan sonra “Qəbələ”nin baş məşqçi postundan ayrılmışdı. Bunadək isə o, 4 mövsüm komandanın sükanı arxasında olub.
2006/07 mövsümünün gedişində bu posta təyinat alınan Məmmədov baş məşqçi kimi “Qəbələ”ni hamıdan çox – Azərbaycan çempionatının 100, kubokunun 18 oyununa çıxarıb.
