"Qəbələ"nin baş məşqçisi Ramiz Məmmədov Topaz Premyer Liqasının XI turu çərçivəsində keçirilən “Qəbələ"-"Qarabağ" oyununu şərh edib.
Korner.az-ın məlumatına görə, baş məşqçi oyundan razı qaldığını bildirib.
“Oyuna görə futbolçularıma təşəkkür edirəm. “Qarabağ”a uğurlar. Mən gələndə Silva 102 kq idi, indi 97 kq-dır. Qarşısında tələb qoymuşdum. Anar Nəzirova millinin ikinci qapıçısı kimi şans verməliydim. Son 4 oyundan 3-də ona şans verirəm. "Turan"la oyundan sonra futbolçuları cəzalandırmışdıq”.
