“Oyunu şərh etməyə ehtiyac yoxdur, hər şey göz qabağında idi. Komanda verilən tapşırıqları sona kimi yerinə yetirdi".
Korner.az-ın məlumatına görə, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Ramiz Məmmədov "Neftçi" ilə oyundan sonra fikirlərini bildirərkən deyib.
R.Məmmədov bu uğurun davamının gələcəyini bildirib: "Oyun intizamı da pozulmadı, komanda son dəqiqələrə qədər mübarizə apardı. Yolumuza yavaş-yavaş davam edirik. Bu uğurların ardının gələcəyinə inanıram”.
