Premyer Liqanın daha bir klubu baş məşqçisini istefaya göndərib.
Korner.az-ın məlumatına görə, söhbət "Qəbələ"nin çalışdırıcısı Ramiz Məmmədovdan gedir.
Rəhbərliyi bu addımı atmağa sövq edən məsələ komandanın "ilk altılıq"da ümidləri doğrulda bilməməsi və ölkə kubokundan kənarda qalması, dolayısıyla avrokuboklara şansını itirməsidi.
İstefaya səbəb komandanın ölkə kubokunda mübarizəni erkən dayandırması və son vaxtlar Topaz Premyer Liqada zəif çıxış etməsidir.
apasport.az saytının iddiasına görə, Məmmədovu "Simurq"un sabiq baş məşqçisi Sergey Yuran əvəz edəcək. Yeni baş məşqçi gələnədək komanda əvəzedici heyətin baş məşqçisi Luis Araqona tapşırılıb.
