“Çətin oyun olacağını bilirdik. Komandam pis oynamadı".
Korner.az-ın məlumatına görə, bu sözləri "İnter"lə oyundan sonra “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib.
Məmmədov bildirib ki, komandasının ilk hissədə yaratdığı qol epizodlarından yararlana bilməməsi işləri korlayıb: "İlk hissədə 3-4 qol vəziyyətindən yararlansaydıq, verilən taprşırıqları yerinə yetirmiş olardıq. Rəqibin vurduğu hər iki qol öz səhvimizdən oldu”.