Komandamdan razıyam.
Korner.az-ın məlumatına görə bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov Topaz Premyer-Liqasının XV turu çərçivəsində keçirilən "Qəbələ"-"Bakı" oyunundan sonra bildirib.
“İlk hissədə 3 real qol imkanı yaratdıq. Təəssüf ki, bundan faydalana bilmədik. İkinci hissədə isə daha çox imkanımız oldu və bunlardan da istifadə edə bilmədik. Dodo və Rəşadın bu gün heyətdə olmaması oyunumuza təsir etdi. Yolumuza davam edirik, gələcək oyunlarda özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq”.
