Ölkə futbolu

Ramin Quliyev: “Qol vura bilmirsənsə, sənə vururlar”

10.11.2019 , 20:28

“Sabah”ın məşqçisi Ramin Quliyev Premyer Liqanın 11-ci turunda “Sumqayıt”a evdə 1:3 hesabı ilə uduzduqları oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb

Korner.az xəbər verir ki, mütəxəssis məğlubiyyəti şərh edib:

“Rəqibi təbrik edirəm. İlk hissə bərabər oyun oldu. İkinci hissə biz də qol vura bilərdik, rəqib də. Müdafiədə səhvlərimiz oldu. Qol imkanlarımızdan yararlana bilmədik. Ulisse Diallonun qol vura bilmədiyi bir epizod oldu ki, qırılma anı idi. Qol vura bilmirsənsə, sənə vururlar. Biz imkanlardan istifadə edə bilmədik. Rəqib layiqli qələbə qazandı. Orta xəttdə zədəlilərimiz var. Rəşad Eyubov neçə məşqdi yoxdu. Coşqun Diniyev də zədəlidi. Ancaq bunlar bəhanə deyil. Rəqib ikinci hissədə oyunu ələ aldı və qələbə qazandı. “Sumqayıt” bizdən daha istəkli idi. Amma bəxt amili də öz sözünü dedi. Cavid İmamverdiyevin durumu ilə bağlı hələ dəqiq nəsə demək olmaz. Həkimdən soruşduq, yüngül zədə olduğunu dedilər. Qarşıda fasilə var, zədəlilərin qayıtması komandaya fayda verəcək. Qışa kimi 3 oyunumuz var. Bu legionerlərin içərisində komandaya uyğunlaşan da var, uyğunlaşmayan da. Yenə də baxılacaq. Hansısa legioner haqda indi qərar vermək çətindi. Ulisse Diallo ilə Cavid İmamverdiyev arasındakı mübahisəyə gəlincə, baş məşqçimiz paltardəyişmə otağında da bu haqda danışdı. Dedi ki, belə şeylər olmaz, gələcəkdə yol verilməsin. Emosiya ilə bağlı idi. Ancaq istənilən halda bu yolverilməzdi”.

 

Son yazılar

Yuxarı