Bu gün Peşəkar Futbol Liqasında (PFL) prezident seçkisi keçirilib.
Korner.az-ın məlumatına görə, AFFA-nın inzibati binasında baş tutaan tədbir 14:00 da başlayıb. Qurumun hazırkı başçısı Ramin Musayev yeganə namizəd olduğundan, onun prezident postunda fəaliyyətini davam etdirməyi rəsmiləşəcəkdi.
Qeyd edək ki, 2008-ci ildə yaradılan PFL-də prezident 4 illik müddətə seçilirdi.
AFFA Prezidenti Rövnəq Abdullayevin də iştirak etdiyi seçkidə Ramin Musayev daha 4 il postunda qalıb.
