big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Ramin Musayevi əsəbiləşdirən Əliyar Ağayev sualı… (MÜSAHİBƏ)

01.02.2014 , 07:13

…Və ya Antalya səfərinin yeganə təəssüratı

Ramin Musayev həmişə yaxşı müsahib olub. Onun harda maraqsız, duzsuz müsahibəsini, açıqlamasını oxusaz, bilin ki, “yeməyin” şit olmasının səbəbi Musayev yox, ona verilmiş suallardı, o sualların müəllifidi. PFL-in jurnalistlər üçün təşkil etdiyi ənənəvi bir həftəlik Antalya toplanışını xatirəmə yapışdıracaq əsas məqam PFL başqanının bəndənizə müsahibəsində dediyi “Xəzər Lənkəran”ın prezidenti məndən xahiş edib ki, Fariz Yusifov onların oyunlarına təyin olunmasın” sözləriydi. Hərçənd söhbətimizin mövzusu heç də “Xəzər Lənkəran” deyildi. Musayev, sadəcə, bir sualı “neytrallaşdırmaq” üçün əsaslandırma gətirmək istəyirdi….
Bilən bilir, bilməyənlər üçün: Premyer Liqanın bu mövsümü başlayandan bəri feysbuk profilimdə elan vermişəm, “kim Fariz Yusifovun “Qarabağ”ın oyununa baş hakim təyin edildiyi xəbərini versə, muştuluğu məndədi” yazmışam. Və bu “status”u demək olar, 10 turdu təkrarlayıram. Musayevlə müsahibədə öyrənmək istədiyim də elə bu idi:

– Ramin bəy, Premyer Liqa oyunlarına hakimlərin təyinatlarıyla maraqlanırsızmı? 
– Hər tur.

– Özünüzçün statistika tutursuzmu, misalçün, hansı hakim hansı komandanın oyununa neçə oyun təyin edilib?
– Bəli.

– O zaman xahiş edirəm, izah edin, geridə qalan 18 turda Fariz Yusifovun “Qarabağ”ın oyunlarına təyinat almamasından xəbəriniz varmı? Varsa, səbəbini izah edə bilərsizmi?
– Bu statistikanı səndən eşidirəm. Hər hansı xüsusi səbəb yoxdu. Misalçün, ola bilər ki, Fariz Yusifov heç mövsümün axırınadək “Xəzər Lənkəran”ın oyunlarına təyin edilməsin.

– Niyə?
– Çünki “Rəvan”la oyunda “Xəzər Lənkəran”ın əleyhinə çox kobud səhv buraxmışdı. Onun bir tərəfi cənub bölgəsindəndi. Bilmirəm, bəlkə də həyəcanlanır “Xəzər Lənkəran”ın oyunlarında. O oyundan sonra “Xəzər Lənkəran”ın prezidenti zəng edib xahiş elədi ki, Farizi bir də onların oyunlarına göndərməyək.

– Mən bilən, belə xahişlər “Qarabağ”dan da edilir. Məsələn, ölkə kubokunun ötənilki yarımfinalının “Qarabağ” – “Neftçi” oyunundan sonra Ağdam klubunun rəhbərliyi xahiş edib ki, Farizi bir daha onların oyunlarına göndərməyəsiz. Odu-budu, Yusifov “Qarabağ”ın oyunlarına baş hakim göndərilmir.
– Bir dəqiqə. Hansı oyunu deyirsən?

– “Qarabağ”la “Neftçi” arasındakı cavab oyununu. 2:2 hesabıyla bitən və ümumi hesabda “Qarabağ”ın uduzduğu oyunu deyirəm. Məndə olan məlumata görə, Farizin o gündən bəri “Qarabağ”ın oyunlarına təyinat almamasının səbəbi odu ki, həmin oyundakı idarəçilik “Qarabağ”lıların ürəyincə olmayıb və sizdən Yusifovu bir daha onların oyunlarına təyin etməməyinizi xahiş ediblər.
– Xeyr. O oyundan sonra “Qarabağ” rəhbərliyindən heç bir xahiş olmayıb. Heç idarəçilikdən şikayət də etməyiblər.

Müsahibənin davamında “Qarabağ” – Əliyar Ağayev qardaşlığını da soruşuram. Hətta Ağayevin “Qarabağ”ın oyunlarına tez-tez təyin olunmasının arxasında da “xahiş”in dayandığını deyirəm. Bayaqdan sualları sakitcə cavablandıran Musayev bir anda əsəbiləşir, coşur və inkar edir – özünəməxsus “sözlərlə”… “Bax, dediyim kimi də yaz” deyir dönə-dönə. Dediyi kimi yazmıram, təbii, söyüş olduğunu anladız…

– Bir hakimin bir komandanın oyunlarına tez-tez təyinat alması məcburiyyətdən irəli gəlir. Başqa səbəbi yoxdu bunun.

– Yadımdadı, “Topaz”ın bir tədbirində etiraf etmişdiz ki, hakimlərimizin heç də hamısı Premyer Liqa oyunlarını idarə edə biləcək səviyyədə deyil. Hətta onu da demişdiz ki, əlinizdə vur-tut 4 baş hakim var oyunları “çıxara” biləcək. İndi vəziyyət nə yerdədi?
– Hakimlərin hazırlığıyla özünüz də tanış olursuz. Oyunlarına baxırsız. Məsələn, “İnter”lə “Uniao”nun yoldaşlıq oyununu Rəşad Əhmədov idarə etdi. Siz də izləyirdiz, pis idi idarəçiliyi?

– Mən bəyəndim idarəçiliyini. Bir-iki mövqe səhvindən savayı, kobud səhvi olmadı.
– Mənim də xoşuma gəldi, qətiyyətli idi. Bu uşaqlar yetişirlər. Amma indidən onları Premyer Liqa oyunlarına göndərsək, “yanarlar”.

Müsahibədə daha bir maraqlı məqam Ramin bəyin AFFA İcraiyyə Komitəsinin Premyer Liqanın növbəti mövsümündə hər komandanın əsas heyətində 21 yaşadək 2 futbolçunun oynamalı olduğu qərarına münasibət bildirməsi oldu. Mənədək digər jurnalistlərə müsahibəsində Musayev bildirmişdi ki, martda İcraiyyə Komitəsinin iclası olacaq və bu qərara yenidən baxılacaq.

– Ramin bəy, AFFA-da kimdi yuxularını tez-tez qarışdıran?
– Başa düşmədim.

– Bilmək istəyirəm, kim yuxularını belə tez-tez qarışdırır ki, yuxusunda nə görürsə, çıxarır İK-nın müzakirəsinə, qəbul elətdirir, sonra 3-5 ay keçir, İK həmin qərarı dəyişir.
– İcraiyyə Komitəsi AFFA-dı?

– Bəs nədi?
– AFFA deyil. 

– Deyil? Hətta baxmayaraq ki, “AFFA İcraiyyə Komitəsi” yazılır? Azərbaycan futbolunun taleyini müəyyən edən qərarları verənlər İK üzvləri deyil?

(bu izahlarım da işə yaramır və söhbət uzanır deyə, üstündən keçirəm)

– Ramin bəy, 21 yaşadək iki futbolçunun oynaması ideyası kimin beyninin məhsuludu?
– Bunu niyə İK üzvlərindən soruşmursan?

– Çünki futbolu bilmirlər.
– Veteran futbolçular da var orda. Onlar da bilmirlər? 

– Onlar bundan (əlimlə çapan çaldıqlarını işarə edirəm – S.A.) başqa, nəyə yarayırlar? 
– Məni İK-yla üz-üzə qoymaq istəyirsən?

– Yox, sadəcə bilmək istəyirəm, bunlar qərar veriləndə necə, hansı yolla fikirləşirlər ki, verdikləri qərarın absurdluğu qüvvəyə minməmiş ortaya çıxır? Misalçün, mənim yadımdadı, Birinci divizionla bağlı da belə əndrabadi qərar var idi ötən il və sizinlə Ağsuya gedəndə “Ağsu” narazılığını sizə demişdi. İndi də deyirsiz, Premyer Liqa klubları 21 yaşadək iki futbolçunun oynaması qərarına etiraz edirlər. Niyə belə qərarlar veriləndə sizin fikrinizi öyrənmirlər?
– O iclasda mən də fikrimi bildirmişəm. Etiraz etmişəm. Amma Ramin neyləsin ki, onun səsvermə hüququ yoxdu İK-da? 

– Sizdən başqa da etiraz edən oldu, yoxsa yekdilliklə qəbul edildi qərar?
– İndi bunu deməyin nə mənası var?

– Deməmək haqqınızdı. Bəs Rövnəq Abdullayev? Onun qərarı necə oldu?
– O dedi ki, səsverməyə çıxarılsın qərar. Səsvermə keçirildi və qərar qəbul olundu.

Fürsət düşmüşkən, Anar Salmanovun Premyer Liqa oyunlarına nə vaxt qaytarılacağını da maraqlanıram. Musayev bu məsələdə “öldü var, döndü yoxdu” – deyir.

– Ramin bəy, Anar Salmanov Premyer Liqa oyunlarına nə vaxt qaytarılacaq?
– Anar Premyer Liqa oyunlarından uzaqlaşdırılıb ki?

– Uzaqlaşdırılmayıb?
– Xeyr.

– Bəs niyə təyinat almır?
– Ay sağ ol. Deməli, sualı düz verməmisən. “Niyə təyinat almır” başqa, “nə vaxt qaytarılacaq” başqa.

– Yaxşı. Anar Salmanov niyə Premyer Liqa oyunlarına təyinat almır?
– Səhvini özü bilir. Elə bir səhvdi ki, onu yumaq olmaz. Yaraşmır FİFA hakiminə elə şeylər. İdarəçiliyindən şikayət olunub. Mənim də PFL prezidenti kimi haqqım var ki, ciddi əsas olduğu halda hansısa hakimin Premyer Liqa oyunlarına təyin edilməməsiylə bağlı Hakimlər Komitəsinə müraciət edim. Hüququmdan istifadə etmişəm. Anarın özünə də demişəm, nə vaxt FİFA hakimlərinin siyahısında Birinci qrupa düşər, onda da Premyer Liqa oyunlarına təyinat alar. 

Saleh Arslan

Son yazılar

To Top