"Yaxşı olardı ki, ayın ən yaxşı futbolçusuyla yanaşı, ən passivi də seçək. Amma bura legionerleri qatmayaq. Millidə oynayan futbolçuları tənbeh edək".
Korner.az-ın məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.
Qurum başçısı ayın ən yaxşı futbolçusunun mükafatllandırılması mərasimində daha sonra bunları deyib:
"Topaz"ın sayəsinde canlı yayımın sayı artıb. Birinci divizion oyunu da yayımlanır. Halbuki "Topaz" birinci diviziona sponsorluq etmir.
Mənə maraqlıdı ki, niyə millinin oyunçuları ayın futbolçusu seçilmir. Kimdi günahkar? Buna görə də AFFA və PFL-i günahlandırmazsız yəqin ki".
