Ölkə futbolu

Ramin Musayev yenidən PFL prezidenti seçildi

14.09.2020 , 14:31

Bu gün AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə növbəti seçki keçirilib.

Korner.az xəbər verir ki, seçkidə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL prezidenti Ramin Musayev və klub nümayəndələri iştirak ediblər.

Nəticələrə əsasən Peşəkar Futbol Liqasının hazırki prezidenti Ramin Musayev növbəti 4 ildə də eyni vəzifədə fəaliyyət göstərəcək. Klub nümayəndələri yekdilliklə Ramin Musayevin yenidən seçilməsinin lehinə səs veriblər.

Qeyd edək ki, Ramin Musayev PFL yaranandan – 2008-ci ildən bəri prezident səlahiyyətlərini icra edir.

Son yazılar

Yuxarı