big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Ramin Musayev: “Yayım hüququnu verirəm sənə, özü də bir qəpiksiz”

10.09.2012 , 08:31

Ramin Musayev. Hər açıqlaması ilə Azərbaycan idman mətbuatında fırtına qoparmağı bacaran insan. Onunla müsahibə aparmaq üçün xüsusi hazırlığa ehtyac olmur çox vaxt. Çünki hər sözüylə gündəm müəyyənləşdirən adamdı. Onunla görüşü çoxdan planlaşdırırdım. Həm gündəmdə, həm də çoxdan yığılıb qalan suallarım var idi. Bizimlə millinin İsraillə oyunundan bir gün sonra görüşməyə razı oldu. Səhhətindəki o gün üçün ciddi, amma ötəri problem olmasına baxmayaraq, ağrıya axıra qədər dözdü.

Söhbətə başlamazdan əvvəl “müsahibə əsnasında əsəbiləşmək, yumruğu masaya çırpmaq və bu kimi çılğın hərəkətlər sərbəstdi” dedim ki, sonradan “xırmanda yabalaşmayaq”. Gözlədiyim oldu. Müsahibim zaman-zaman özündən çıxdı, yumruğunu masaya çırpdığı anlar da oldu. Hətta ara-sıra suallara etinasız, qeyri-ciddi cavablar verdi. Amma bunların heç biri onu özündən çıxartmaqdan və müsahibənin alınmasından duyduğum həzzi azaltmadı… 
Müsahibənin genişliyi gözünüzü qorxutmasın. Əmin olun, ləzzət alacaqsız…
 
– Azərbaycan Premyer Liqasının artıq neçə turu geridə qalıb. Bu günə kimi sponsor məsələsi həll olunmayıb. Çempionatın adı yoxdur. Yayım məsələsi həll olunmayıb. Çempionatda 20 günlük fasilə yaranıb. Və bu kimi problemlər… Nə baş verir? PFL yeni mövsümə hazır deyil?

– Bütün bu dediklərinizin hansı PFL-dən asılıdı?

– Məsələn, yayım hüququnu siz götürmüsünüzsə öz üzərinizə, həllini də siz eləməlisiniz. Yaxud çempionatı siz keçirirsizsə, elə təşkil eləməlisiz ki, 20 günlük fasilə olmasın. Premyer Liqanı siz təşkil edirsizsə, sponsor məsələsini də siz həll eləməlisiniz. Sizdən başqa kim həll eləməlidi bunları?

– Gərək yanıma gələlər ki, mən də həll eləyim. Sponsor məsələsi ayın 18-də öz həllini tapacaq.

– Amma siz ayın 6-da həll olunacaq demişdiz.

– İndi vəziyyət belədi ki, razılaşmaq lazımdı. O ki qaldı yayıma, özünüz də bilirsiz ki, yayım hüququnun PFL-ə verilməsini niyə istəmişəm.

– Nəyə görə?

– Ona görə ki, biz bilirik, teleşirkətlərimiz futbola diqqət ayırmırlar. Çempionat ərzində oyunlardan cəmi-cümlətanı 4-5-ni göstərirlər. Bəzən elə olur ki, lazımlı və maraqlı oyunlar göstərilmir. Əvəzində, başqa şeylər göstərilir. Nə isə, çox açıqlamaq istəmirəm. Yayım hüququnun PFL-ə keçməsində məqsəd televiziyanın diqqətini futbola yönəltməkdi. Düzdü, 4 tur geridə qalıb, azarkeşlər televiziyadan oyun izləyə bilmirlər. Qoy lap 10 tur olsun. Amma vaxt gələcək, həm azarkeşlər, həm futbolsevərlər, həm də sizin kimi yoldaşlar razı qalacaq. Mən burda öz mənafeyimi güdmürəm, mən bunu futbol naminə eləyirəm. Özüm də klubda işləmişəm, bilirəm ki, televiziya nədi, yayım nədi, hansı yollarla oyunlar göstərilir. Yəni mən sırf klublara kömək məqsədi ilə bu fikrə gəlmişəm.
Deyirsiz ki, çempionatda 20 günlük fasilə yaranıb. Bu qədər fasilə verilə-verilə, millinin baş məşqçisi bir oyunun başqa günə keçirilməsini yığmaya zərbə bilirsə, bunu dilə gətirib özünü sığortalayırsa, onda görün, lazım olan günlərə oyun salsam, nə olar. Millidəki bütün çatışmazlıqları atacaqlar PFL-in üstünə.
Üstəlik, 20 günlük fasilə demək düz deyil. Söhbət bir turun təxirə salınmasından gedir. Onu da millinin baş məşqçisinin təqviminə uyğun etmişik. Mən məcburam ki, öz çempionatımı, milli komandamız naminə, həmin təqvimə uyğun keçirəm.

– Belə başa düşdüm ki, Ramin Musayev AFFA rəhbərliyini inandıra bilmir ki, milli komandanın futbolçusunun məşq yox, oyun keçirməsi daha faydalıdı. Həm də onu başa düşdüm ki, AFFA rəhbərliyinin yanında Foqtsun sözü daha keçərlidi, nəinki Ramin Musayevin.

-Yox, siz deyəsən, maraqlı yazı olsun deyə qərəz axtarırsız.

– Yox, qətiyyən.

– Bu, sizin fikrinizdi. Foqtsun öz yeri var, Ramin Musayevin öz yeri. Foqts gəlib məndən maşın istəsə, köynəyimi istəsə və məndən onları zorla ala bilsə, hə, onda deyə bilərsiz ki, Foqts Ramindən güclüdü. Söhbət burda millidən gedir. Və mən istəmərəm ki, milli bizim quruma görə əziyyət çəksin və yaxud xal itkisi olsun. Dünənki oyundan sonra mənə elə gəlir ki, hamınız razı qaldız.

– Mən müəyyən məqamlarda razı qalmadım.

– Sizin fikrinizdi. Təbii ki, jurnalistlər razı qalmayacaqlar. Çünki yazmağa mövzu lazımdı. Amma azarkeşlər çox razı qaldılar. Təbrik də elədilər.

– Klubda işləmisiz. Xahiş edirəm, bu sualımı keçmiş klub rəsmisi kimi cavablandırasız. Futbolçunun 20 gün boş oturması milliyə, yaxud klubuna xeyir verir?

– Bir dəqiqə, hansı 20 gündən danışırsan? 20 gün ola bilməz. Çempionat dayanıb avqustun 26-da. Növbəti tur olmalıydı sentyabrın 2-də. Ayın 3-də də oyunçular verilməlidi milliyə. Düzdümü?

– Düzdü. Amma sentyabrın 2-də tur keçirmək olardımı?

– Olardı. Bir tur təxirə salınıb. Və o bir turun təxirə salınsa da, komandalar yoldaşlıq oyunu keçiriblər. Maraqlanmısansa, bilərsən. Burda kim itirir? Millinin oyunçularını nəzərdə tutursansa, o sualı ver millinin baş məşqçisinə. Sualın cavablandı.

– Cavab məni qane eləməlidi. Qane eləmədi o baxımdan ki, siz bu bir həftə ərzindəki boşluğu atırsız yığmanın baş məşqçisinin boynuna. İndi millinin baş məşqçisi mənim yanımda deyil ki, ondan soruşam.

– Sən sual verirsən ki, komandalar boş qaldı. Mən də deyirəm ki, boş qalmadılar, hər biri yoldaşlıq görüşü keçirdilər.

– Ramin müəllim, konkret ayın 2-də tur ola bilərdi?

– Ola bilərdi.

– Bəs niyə keçirtmədiz?

– Milli naminə.

– Axi milliyə ayın 3-də getməlidisə, ayın 2-də turu keçirə bilərsiz. Niyə keçirmədiz?

– Millinin baş məşqçisi belə tələb elədi.

– Tələb elədi ki, sonuncu tur olmasın?

– Əmr yox, xahiş eləyib ki, verdiyi qrafikə uyğun ona kömək eləyək. Ki, həmin oyunçuları yığsın milliyə və istədiyi oyunu göstərə bilsin.

– Ümumiyyətlə, siz Foqtsun qurduğu qrafiklə razısız?

– Razı olmalıyam. Məcburam. Milli naminə məcburam. Əgər desə ki, mən aparıram bunları Almaniyaya gəzməyə, onda haqqım var etiraz etməyə.

– Aydındı. Ramin müəllim, barənizdə mətbuat çox şey yazır.

– Məsələn?

– Haqlı, yaxud haqsız tənqidlər – fərqi yoxdu, mətbuatda daim gündəmdəsiz. Siz bunları oxuyanda…

– (sözümü kəsir) Oxumuram mətbuatı.

– Heç? Axırıncı dəfə nə vaxt qəzet oxumusuz?

– Bu gün oxumuşam.

– Hansı qəzeti?

– Dövlət qəzetlərini.

– Bəs idman qəzetlərini, saytları?

– (Aslan Şahgəldiyevi işarə edərək) Onları qardaşım oxuyur. Lazım olanı deyir, lazım olmayanı demir.

– Lazım olan şeylər deyəndə, tutaq ki sizin əleyhinizə olan yazıları deyirmi?

– Mən özümü yaxşı tanıyıram, öz içimi yaxşı bilirəm. Kim nə istəyir yazsın. Söz azadlığıdı. Bax indicə dedin ki, mən razı deyiləm. Mən sənə tam açıqlama verirəm, sən razı deyilsən. Və burdan çıxandan sonra deyə bilərsən ki, mən Ramin müəllimin işindən razı deyiləm, sualımı düzgün cavablandırmadı.Çünki bu sənin haqqındı.

– Olubmu ki, nə vaxtsa PFL prezidenti kimi səlahiyyətləriniz xaricində hər hansı bir iş görəsiz?

– Sualı başa düşmədim. Yəni vəzifəmi aşmışam?

– Səlahiyyətlərinizi.

– Elə adama oxşayıram?

– Oxşayıb-oxşamadığınızı soruşmadım.

– Yox . Heç vaxt olmayıb.

– Olubmu ki, hansısa mətbuat nümayəndəsinə, mətbuat qurumuna, misalçün, reklam verilməsi üçün klublara müraciət edəsiniz?

– Onun üçün bizim marketinq şöbəmiz var. Aslan müəllim baxır.

– Yox, siz şəxsən hansısa klub rəhbərinə və ya funksionerlərdən kiməsə demisizmi ki, filankəsə reklam verin?

– Olub.

– Bu sizin səlahiyyətinizə daxildi?

– Səlahiyyətimə daxil deyil. Amma şəxsi münasibətimiz var. Sənin kimi bir jurnalist gəlib xahiş edib, mən də insanlıq naminə etmişəm…

– (sözünü kəsirəm) Bir dəqiqə. Mənim kimi jurnalist heç vaxt sizə və nəinki sizə, ümumiyyətlə, heç kimə bu kimi işlərdə vasitəçilik etmək üçün ağız açmaz. İkincisi, siz xeyriyəçisiz? Sizin işiniz nədir? Çempionatı keçirmək.

– Sən prokuror kimi danışma. Jurnalistdi, deyir ki, klublar məni saymır, mənə reklam vermir. Mən də ərkim çatan klub rəhbərinə deyirəm ki, əgər imkanınız varsa, reklam verin. Amma “gecəqondu saytlar” var ha, onlardan getmir söhbət.

– Sizcə, bunu siz eləməlisiniz?

– İnsan həyatda insanlığını göstərməlidi.

– Siz onu başqa cür eləyə bilərdiz.

– Məsələn?! Maşınımın açarını ona bağışlayardım?

– Yox, maşınınızı verməkdən getmir söhbət. Bu arada, binanın həyətində gördüm, bahalı maşınınız var.

– O maşın xidmətidi. Şəxsi maşınım bundan da bahalıdı.

– Sağlığınıza qismət. Bunu sözgəlişi dedim… Deməli, düşünürsüz ki, reklam tapmaqda aciz olan kimə görəsə kluba ağız açmısızsa, bu, insanlıqdı.

– Bəli.

– Aydındı. Yaxşı, olubmu ki, hansısa klubun rəhbərinə və yaxud rəhbərliyində olan bir şəxsə zəng eləyəsiz və o klubda işləyən kimdənsə şikayət edəsiz. Misalçün, mətbuatdan getmış bir şəxs klubda işə düzəlib. Siz də o klubun rəsmisinə deyirsiz ki, filan vaxtı məni tənqid edirdi, onun nə işi var sizin klubda? Olubmu belə şey?

– Yox. Heç vaxt olmayıb.

– Maaşınız maraqlıdı. Bahalı maşın almağa bəs edir?

– Onu almağa mənə imkan verir. Əlimin altında 300 işçim var. Söhbət PFL-dən getmir, söhbət biznesdən gedir.

– Hə, sizin şəxsi biznesiniz var.

– Bəli. Ona ixtiyarım var, eləmi? (gülür)

– Hər halda, var. Bunu bilirəm. AFFA ictimai təşkilatdı və burda işləyə-işləyə başqa işdə də işləyə bilərsiz. Növbəti suala keçək. Çempionatın ilk 4 turu qane edir sizi?

– 4 tur nədi ki, nə də qane eləsin?

– Yəni ilk addımları yaxşı atmısız?

– (kinayəli şəkildə) Mən addımı yaxşı atmışam.

– Siz qeyri-ciddi cavab verirsiz…

– Niyə? 4 ilim necə keçdi?

– Necə keçdi ki?

– Sən cavab ver.

– Verim. Qarşınıza qoyulan konkret vəzifələr var. PFL-in Əsasnaməsinin 1-ci maddəsində bunlar konkret göstərilib. İcazənizlə mən onu oxuyum sizə.
Məqsəd və vəzifələr: Çempionatın və kubokun qalibini müəyyən etmək; Çempionatın yekununda komandaların tutduqları yerin müəyyən edilməsi; Futbolçuların ustalığının yüksəldilməsi; Avropa və dünya çempionatları oyunlarında və olimpiya oyunlarında çıxış etmək üçün milli yığma komandaya namizədlərin hazırlanması; Çempionlar Liqası, Avroliqa oyunlarında iştirak etmək üçün ən güclü komandaların aşkar olunması.
Ramin müəllim, geridə qalan 4 ildə futbolçuların ustalığını yüksəldə bilib PFL? Ümumiyyətlə, usta deyə biləcəyiniz futbolçu varmı Azərbaycanda?

– (əsəbi halda) Sən elə bil prokurorsan, PFL prezidentini sorğu-sual edirsən. Deyirsən hansı oyunçunu gücləndirmisən. Hər gün saat 2-dən sonra məşq keçirəm! Sualı verəndə savadlı sual ver.

– Mən rəhbərlik etdiyiniz qurumun məqsəd və vəzifələrini sadaladım və orda PFL-in futbolçuların ustalığını yüksəltməli olduğu yazılıb.

– Qulaq as, mən vəzifəmi də bilirəm, işimi də, hüququmu da. Sən mənə vəzifəmi sadalama. Sən öz səlahiyyətlərini bil və sualları öz qaydasında ver.

– Sual sizi qane eləmədi?

– Qulaq as, sən deyirsən ki, hansı futbolçuları hazırlamısan?!

– Hazırlamısan demədim. Mən konkret maddəni sizə oxudum: futbolçuların ustalıq səviyyəsinin yüksəldilməsi. Bunu edə bilmisizmi PFL olaraq?

– Onun üçün mən nə etməliyəm?

– Mən sizə sual verirəm.

– Yox cavab ver, nə etməliyəm?!

– Siz çempionatı normal şəkildə keçirməlisiz, hakimlərin səviyyəsi normal olmalıdı və sair və ilaxır.

– İspaniya milli komandasının oyununu bizim hakimlər idarə etdilər. Pis elədilər? Heç baxmısan oyuna?

– Yox. Mənə Azərbaycan çempionatı maraqlıdı. Müsahibim Azərbaycan çempionatının təşkil olunmasına birbaşa səlahiyyətli şəxsdi. Və mən öz çempionatımızdan danışıram.

– Hakimlikdən danışıram da. Səviyyəsi olmayan hakimi İspaniya millisinin oyununa çağırarlarmı?

– Səviyyəsi olan hakim döyülərmi?

– Səviyyəli olan da döyülür, olmayan da döyülür. Xaqani Məmmədov səviyyəsiz hakim olub?

– Sizcə, yaxşı hakim olub?

– Xaqani Məmmədov mən tanıdığım hakimlər içərisində ən birinci olub. İstər Azərbaycanda, istərsə də kənarda.

– Amma siz vaxtilə klubda işləyəndə Xaqani Məmmədov haqqında kəskin ifadələr işlədən şəxs olmusuz.

– Ola bilməz! Xaqani ilə mənim aramda bir oyunda söz-söhbət olub. Həmin oyunda bizim azarkeş tərəfindən vurulmuşdu. Vəssalam.

– Siz Xaqani Məmmədov haqqında heç bir kəskin ifadə işlətməmisiz? Yalnız bir dəfə olub?

– Bəli.

– Deyirsiz, hakimlərimizin səviyyəsi qənaətbəxşdi. Futbolçuların ustalıq səviyyəsinin qalxması üçün…

– (sözümü kəsir) Futbolçuların ustalıq səviyyəsinin qalxması üçün… Əfsuslar olsun ki, siz müsbət cəhətləri görmürsüz. PFL yaranana qədər əvəzedici heyətlərin çempionatı var idimi? Birinci divizionda neçə komanda vardı biz gələnə qədər, çempionatın səviyyəsi hardaydı biz gələnə qədər?

– Amma bəh-bəhlə dediyiniz birinci diviziondan Premyer Liqaya klub çıxmır.

– Bağışla, lisenziya ala bilməmişdim klubun əvəzinə.

– Onda niyə Birinci divizionu misal göstərirsiz? Bir divizionun ki komandası lisenziya ala biləcək səviyyədə deyil, o divizion kimə lazımdı?

– Komandanın əvəzinə PFL prezidenti gedib lisenziya almalıdı? Lisenziyanı PFL verir? PFL nəyə cavabdehdi?

– Siz klubları Birinci diviziona buraxanda baxmırsızınızmı bunların rəhbərləri, işçiləri ciddi adamlardı, ya qeyri-ciddi, bunlar klubu idarə edə biləcək adamlardı, yoxsa yox?

(PFL-in mətbuat katibi Aslan Şahgəldiyev müdaxilə edir) – “Beşiktaş” qeyri-ciddi klubdu?

– Xeyr.

Aslan Şahgəldiyev – Bəs niyə lisenziya ala bilmir?

– Mən o klubda işləmirəm ki, niyə ala bilmədiyini biləm.

Aslan Şahgəldiyev – PFL klubun lisenziya almasına görə məsul qurum deyil. Siz o klubdan soruşmalısız ki, sizin klubun lisenziyalaşdırma üzrə mütəxəssisi kimdi.

– Siz klubu çempionata götürəndə bunları araşdırmırsızmı?

Aslan Şahgəldiyev – Bu, tələb olunmur. Klubun Premyer Liqada çıxış etməsi üçün müəyyən şərtlər var, üç yaş qrupu üzrə komandası olmalıdı, müəyyən maddi bazası olmalıdı, stadionu olmalıdı və s. Əvvəl bu şərtlər yox idi, indi var.

– Əgər Azərbaycanda Birinci divizionda oynayan klub lisenziya şərtlərini yerinə yetirə biləcək səviyyədə deyilsə, onda burda arqument kimi göstərməyin ki, futbolçuların ustalığını artırırıq. Bunu arqument kimi işlətməyin mənası yoxdu. Çünki keçirildi-keçirilmədi – heç bir fərqi yoxdu. Gələk əvəzedicilərin çempionatına…

– Çox zəifdi.

– Razısız?

– Sənin fikrin yəqin belədi də.

– Mən sizdən soruşuram.

– Məni qane edir.

– Amma oyunlar elə stadionlarda keçirilir ki, orda oyun keçirmək olmaz. Dəfələrlə…

– (sözümü kəsir) Biz gələnə qədər dizə kimi otluq stadionda oynanılırdı. Bu gün isə… Şükür olsun Allaha, yeni AFFA rəhbərliyi gələndən sonra stadionların sayı artıb. Artıq bu il Bakı şəhərində hər komandaya iki stadion düşür. Özgə nə istəyirsiz?

– Stadion tikintisindən başqa nə iş görmüsüz? Milli komandamız irəli gedib, yoxsa klublarımız? Azərbaycan Premyer Liqası Avropa liqaları içərisində neçənci yerdədi?

– 34-cü yerdə.

– 50-dən çox ölkə arasında 34-cü olmaq sizi qane edir?

– Bəli.

– Onu da bilirsizmi ki, Azərbaycan bir çox MDB ölkələrindən geri qalır?

– Harda?

– Həmin sıralamada.

– Yanvar ayında baxarsız neçəsi bizdən qabaqda olacaq.

– Nəyə əsaslanıb deyirsiz bunu?

– Avrokuboklarda MDB ölkələrinin çoxu qalmayıb daha. “Neftçi” isə Avroliqanın qrup mərhələsinə düşdü. Avtomatik olaraq yüksələcəyik reytinqdə.

– Hə, nə yaxşı ki, “Neftçi” varmış… Siz bayaq Foqtsu müdafiə edirdiz. Amma “Neftçi”nin o uğur qazanan heyətindən 1 nəfər də olsun yığmaya çağırılmadı.

– A kişi, sən o sualı mənə vermə.

– Siz təriflədiz axı bayaq. Nə isə… Ramin müəllim, doğrudan da, Azərbaycan çempionatı…

– (sözümü kəsir) Çox pis gündədi, düz deyirsən…

– Siz yenə kinayə ilə yanaşırsız. Mən müsbət cəhətləri çox yaxşı görürəm.

– Belədi. Qane eləmirsə, gəlmə stadiona.

(İKİNCİ HİSSƏ)

– (müsahibimin ironiyasına qoşuluram) Stadionlara oyuna baxmağa yox, sizin nöqsanlarınızı görmək üçün gedirəm. Ramin müəllim, olubmu ki, əvəzedicilərin çempionatında hakim və yaxud hakim-inspektor zəng eləsin və desin ki, bu stadionda futbol oynamaq qeyri-mümkündü. Amma siz təkidlə deyirsiz ki, oyunu keçir. Olubmu belə şey?

– Bunu sənə deyənin… (yumruğunu masaya çırpır)

– (müsahibimin özündən çıxmasına gülümsəməklə cavab verirəm) Hirslənirsiz? Bu yaxşıdı…

-Yox e, yox, düz danışmırsan axı. Hansısa … bir soz deyib…

– (sözünü kəsirəm) Xahiş edirəm, qeyri-etik ifadələr işlətməyin. Bunların hamısı yazılır axı. Mən demirəm olub, sizdən soruşuram ki, belə bir şey olub, ya yox?

– Yox, olmayıb!

– (müsahibimin daha da hirsləndiyini görüb söhbətin mövzusunu dəyişməklə aranı sakitləşdirmək istəyirəm) Bir neçə il bundan əvvəl sizin müsahibənizi oxumuşdum. Demişdiz ki, oğlumun futbolçu olmasını istəmirəm.

– Bu gün də istəmirəm.

– Niyə? Axı futbolumuz bəh-bəhlə “inkişaf” edir. Niyə istəmirsiz?

– Onun nə dəxli var? Mənim şəxsi fikrimdi.

– Səbəb yoxdu?

– Səbəb odu ki, mən istəmirəm oğlum əziyyət çəksin.

– Azərbaycanda futbolçu olmağın əziyyəti var?

– Əziyyət deyilmi hər gün səhər saat 6-da durub qaçır. Axşam bir də…

– Azərbaycan futbolçusu gündə iki dəfə yox, bir dəfə məşq edir. Azərbaycan futbolçusu bir il ərzində..

– (sözümü kəsir) O sənə elə gəlir. Sən mənim oğlumun necə məşq eləməyini görmək istəsən, gedib baxarsan. Komandanın məşqlərindən əlavə, özü də fərdi məşqlər edir.

– Deməli, uşağın uşağın içində istək var. Niyə övladınızın azad seçimə qadağa qoyursuz?

– O istək onundu. Mən valideyn kimi istəmirəm. Amma oynayır. Dünən oynayıb xoşuna gəlib baş məşqçisinin.

– O “xoşa gəlmə”də Ramin Musayevin rolu olub nə vaxtsa?

– Əksinə.

– Olubmu ki, məşqçiyə zəng edib deyəsiz ki, onu ruhdan sal, “sındır”? Yəni elə et ki, futboldan uzaqlaşdır.

– Yox, yox, olmaz axı elə şey. İstər öz oğlum olsun, istər kənar uşaq, insanın qəlbini sındırmaq pis şeydi.

– Bir neçə il bundan əvvəl Azərbaycan hakimlərinə qulaqcıqlar paylamışdız. Və bunu, guya hakimliyimizin inkişafı naminə etdiyinizi demişdiz.

– Bəli.

– Nə oldu aqibəti?

– Görməmisən sən onu?

– Son vaxtlar hansı oyunları izləmişəmsə, görməmişəm.

– Sən yəqin zəif oyunlara gedirsən. Derbi oyunlarında olur.

– Niyə məhz derbi oyunlarda?

– Çünki derbi oyunlara çıxan hakimlərimiz peşəkardılar. Qulaqcıqdan istifadə edə bilirlər.

– Digərləri qeyri-peşəkardı?

– Xeyr. Elə hakimlər var ki, istifadə etmək istəmirlər. Nəyə görə? Hansı stadionda tribunalar meydançaya yaxındı, orda istifadə etmək mümkün deyil. Çünki bütün səs düşür ora və baş hakimə mane olur.

– Bəlkə ona görə taxırlar ki, derbi oyunlarını idarə etmək daha məhsuliyyətlidi və ordaki səhv daha qabarıq şəkildə görünəcək? Və bəlkə buna görə bir nəfər köməkçi yuxarıda oturub hakimə epizodlarda qərarı pıçıldayıb köməklik edir?

– Səhv fikirdi.

– Amma belə bir şey olmuşdu. Hətta, bu məsələdə Xaqani Məmmədovun adı çıxmışdı.

– Görməmişəm.

– Eşitməmisiz də?

– Eşitmişəm, sizin yazılardan.

– Heç maraqlanmamısız doğru olub-olmamasıyla?

– Soruşmuşam. Deyiblər ki, elə şey olmayıb. Klub nümayəndəsi deyib ki, mən gözümlə gördüm, Xaqani baş hakimə köməklik edir. Halbuki həmin oyunda Xaqani tamam başqa insanların yanında olub və elə şey olmayıb. Sonra klub nümayəndəsinə zəng eləmişəm ki, bəs deyirdin belədi? Cavab verdi ki, mənə də dedilər. Əvvəl deyir ki, gözümlə gördüm, sonra deyir ki, mənə dedilər.

– Və siz Xaqani Məmmədovun o sözünə inandız?

– Bunu Xaqani Məmmədovdan yox, o oyundakı nümayəndəmdən soruşdum. O da dedi ki, Ramin müəllim, Xaqani başqa adamlarla oturub, qulaqcıq-mikrofonu da yoxdu əlində. Camaatın içində istifadə etmək olar elə şeydən? Bunu hamı görər axı.

Əgər camaatın içində telefonun mikrofon və qulaqcığından istifadə etmək olursa, yəqin ki, ondan da olar.

– Yox, görünər axı.

– Premyer Liqada iştirak edən klubların PFL-ə nə qədər borcu var təxminən?

– Nəyinə lazımdı?

– Sadəcə maraqlıdı. Ən çox borcu olan kimdi?

– Borcu olan klub yoxdur.

– Amma bir müddət əvvəl “Turan”ın borcundan danışmışdız.

– Dünən gətirib verdilər hamısını. (gülür)

– Premyer Liqa klublarına top satışı ilə məşğul olursuzmu?

– Top satışı ilə məşğul olursuzmu sualı başqadı, kömək edirsizmi başqa. Bəlkə sualı belə verəsən?

– Yox, köməklik deyil, konkret satışdı bu.

– Bura ticarət mərkəzidi?

– Mən konkret soruşuram, klublara top satırsız, ya yox?

– Həmin topun qiymətindən məlumatın varmı?

– Topun modelindən asılı olaraq qiyməti dəyişir.

– Bizim verdiyimiz topun qiymətindən xəbərin varmı?

– O topun qiyməti 60-150 avro arası dəyişir.

– Nə danışırsan sən?!

– Mənim dediyim Avropa çempionatında oynanılan topların qiymətləridi…

– Ordakı top neçəyədi?

– Fərqlidi. Var beynəlxalq oyunlar üçün, var daxili oyunlar üçün, var məşq üçün.

– Beynəlxalq oyunlar üçün olan neçəyədi?

– Beynəlxalq oyunlar üçün olan 250 avrodu.

– Yalan danışırsan, bayaq dedin ki, 150 avrodan baha deyil.

– (gülüşürük) Yaxşı, 100 avrodu.

– Gətirt, alıram.

– Yaxşı ticarət qurmaq olar. Doğrudan, elədi. Bəs siz neçəyə satırsız?

– Elə 100 avroya.

– Bəs neçəyə alırsız?

– 100 avroya.

– Bəs gömrüyü, daşınma xərci?

– Əşi, sənin nəyinə lazımdı?

– 100 avroya alıb, 100 avroya satmaq… “Aldım qoz – satdım qoz” məsəlidi ki bu… Belə çıxır ki, klublar naminə pul itirirsiz. Düzmü başa düşdüm?

– Mən nə qazanıram, nə də itirirəm, əziyyət çəkirəm, vəssalam.

– Bəs aradaki itkini kim ödəyir?

– Hansı itkini?

– 100 avroya aldız xarici ölkədən. Bakıya gətirilənədək çəkilən xərclər də var axı.

– Bakıya, PFL-in anbarına gətirilməsi 100 avroya başa gəlir.

– Hə, onda deyin ki, maya dəyəri 100 avrodu. Hansı ölkədən alırsız?

– Almaniyadan.

– Ümumiyyətlə, hansı klublara satmısız?

– Hamısına.

– Bu, tövsiyə xarakterlidi, yoxsa məcburi?

– Almaqmı?

– Bəli.

– Yox. Klubdu, deyir ki, topum yoxdu, hardan alım? Bizim Əsasnamədə yazılıb ki, oyunlarımız bir standart topla oynanılmalıdı. O da bizim səhvimizdi də, gərək sərbəst buraxaydıq, biri rezin topla oynayaydı, biri şarla…

– Mən standart topla oynanılmasını təqdir edirəm.

– Siz belə şeyləri alqışlamazsız. Kömək edirik də. Klub gedib 150 manata almaqdansa, gəlib bizdən 100 manata alır.

– Hər halda bunu elə etmək olarmı ki, PFL-in adı bu işdə hallanmasın. Misalçün, siz həmin şirkətlə klublarımız arasında koordinasiya yaradıb alqı-satqıya qarışmaya bilərsiz…

– Yaxşı, gələn il bu işi verərəm sənə. Sən apararsan işi.

– Təşəkkür edirəm, mənim öz işim var. Niyə bəzi suallara qeyri-ciddi cavab verirsiz?

– Qeyri–ciddi suala qeyri ciddi cavab verirəm.

– Siz düşünürsüz ki, mənim suallarım qeyri-ciddidi?

– Əgər bu cavabları qeyri-ciddi kimi qəbul edirsənsə, deməli, suallar qeyri-ciddidi. Mən konkret deyirəm ki, məni millinin oyunu qane etdi. Bir də soruşursan ki, nə qane etdi?

– Konkret olaraq nə qane etdi?

– Stadionun görünüşü.

– Stadiona baxmağa getmişdiz?

– Bəli.

– Bəs millinin oyunu? Baxmadız ona?

– Yox. Stadiona baxmağa getmişdim… Bayaq dedim axı, komandamızın oyunu qane etdi məni. 

– Nə mənada qane etdi?

– O mənada qane etdi ki, uşaqlarda qələbə arzusu hiss olunurdu. Qələbəyə köklənmişdilər. Komanda oyunu görünürdü. Sən 80-ci dəqiqələrdə bir epizodda Maksim Medvedeyevin sürətinə bax. Hansı məsafədən qaçıb top götürür. Bu, oyunçunun istəkli olmasının göstəricisidi. Millinin oyunçularının hansı klublarda oynadıqlarını qoy qabağına bax və sənin bəyənmədiyin PFL-in işinə qiymət ver.

– Azərbaycan Premyer Liqasının məhsuludu deyirsiz? Amma hər halda, heyətdəki Türkiyə əsilli futbolçular Azərbaycan Premyer Liqasında oynamırlar.

– Niyə 14 oyunçunun 12-nin zəhmətini yerə vurdun, 2-dən danışırsan.

– Yerə vurmuram. Mən dünənki oyunda futbolçuların döyüşkənliyini, əzmkarlığını gördüm, razı qaldım. Razı qalmadığım baş məşqçinin “işi” idi. Nə isə. Sadəcə bu sualı başqa mövzuya calayacam. Bu gün Azərbaycan Premyer Liqası o gücdə deyilmi ki, milli üçün yerli futbolçular yetişdirsin və milli tamamilə “legioner xəstəliyi”ndən qurtulsun?

– “Legioner xəstəliyi” deyəndə, qərar var ki, 5 ildən artıq bir dövlətdə oynayan futbolçu legioner sayılmır.

– Ramin muəllim, “2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair” Dövlət proqramının bitməsinə üç il qalıb. Vaxt tamam olanda nə hesabat verəcəksiz?

– Deyim sənə. Klublarımızda gözəl uşaq futbol məktəbləri var. Məsələn, “Bakı” klubunda. Bayaq dedin ki, əvəzedicilərin çempionatından narazısan. Sən gör orda oynayan əsas heyət oyunçularının neçə faizi aşağı yaş qrupu üzrə komandasından gəlib.

– O zaman mən də sizə “Xəzər–Lənkəran” nümunəsini göstərə bilərəm.

– O sualı verərsən Tuyqun Nadirova.

– Yox, söhbət səviyyədən gedirsə

– (sözümü kəsir) Niyə məhz “Xəzər-Lənkəran”dan yapışmısan? “Neftçi”dən danış.

– Eynilə “Qarabağ”ı misal göstərə bilərəm sizə. Axırıncı mövsümdə əvəzedici komandası nə etdi? Mövsümü hansı pillədə bitirdi? Halbuki “Qarabağ” o klubdu ki, Maksimi verib əsas komandaya, Raufu verib.

– Veribmi bu 10 il ərzində?

– Verib. Amma 3-4 il bundan əvvəl. Axırıncı dəfə Qara Qarayevi verib, vəssalam. Qaradan sonra gələn varmı “aşağı”dan?

– Klub doğum evi-zaddı? (gülür) Hər il bir klubun əsas komandasına “aşağı”dan 3 futbolçu gəlsə, onda gərək bizim Premyer Liqada 18-20 komanda ola.

– Üç yox, hər klubun əsas komandasına bir nəfər gəlirmi?

– “Neftçi”yə neçəsi gəlib?

– Caviddi, Elvindi… Bunlar neçə ildi oynayırlar.

– Hardan gəliblər?

– Özünün yetirməsidi. Aydın məsələdi.

– “19” nömrə var “Bakı”da – Nurlan Novruzov. Bax, şəxsən mən o uşağa həsəd aparıram. Allah valideynlərinə cansağlığı versin. Bu yaxınlarda həmin uşaq yenə bir qol vurdu. Bir nəfər gəlib mənə şikayət elədi ki, Ramin müəllim, düzgün qol deyil, uşaq qapıçıya hücüm eləmişdi. Oyunun videoyazısına baxdıq. Bəlkə də 10 dəfə baxdım o qola. Ləzzət aldım. Həqiqətən, həzz aldım o uşağın qolundan. Hər oyunçu o fürsətdən istifadə etmək qabiliyyətində deyil. Budu uşaq futbolu. Var da, qardaş. İndi sən mənə de görüm, Rövnəq Abdullayev AFFA-ya gələnədək nə qədər uşaq yetişirdi, o gələndən sonra nə qədər yetişib? Fuad Musayevin vaxtında oynayanların çoxu “Şəfa”nın yetirmələri idi də. Mənə elə gəlir ki, 3 ildən sonra komandalarımızın 70-80 faizi xaricdən oyunçu almayacaq. Çünki artıq özlərininki gəlir. Bu gün “Bakı”nın,  “Qəbələ”nin , “Neftçi”nin , “İnter”in və s. Oyunçuları başqa klublar pulla aldadıb aparmasalar, çox yaxşı olacaq.

– Ramin müəllim, tutaq ki, mən müştəriyəm, Azərbaycan Premyer Liqasının yayım hüququnu almaq istəyirəm. Neçəyə satırsız?

– Heç neçəyə. Bir qəpiksiz.

– Məqsədiniz pul qazanmaq deyilsə, niyə o zaman videogörüntüləri pulla satırsız? Bir turun görüntüləri üçün 600 manat müəyyənləşdirmisiz. Bu isə aya ən azı 2400 manat edir. Halbuki dünyanın ən məşhur informasiya agentliklərinin aylıq abunə haqqı 2000 manat civarındadı.

– Onu qəsdən deyirəm ki, almasınlar.

– Alan olubmu heç?

– Xeyr, olmayıb. Bax, yayımı verirəm sənə. Özü də bir qəpiksiz. Amma oyunları göstər.

– Çox sərfəlidi ki… Siz bu təkliflə bütün telekanallara müraciət etmisiz və hamısı geri çəkilib?

– Deməmişəm. Get sən de. İstəyirsən, 50 minə sat, pulunu qoy cibinə. Amma oyunları göstərsinlər. Balıq deyir, çox danışa bilmirəm, ağzıma su dolur. Elə bir kanal yoxdu ki, götürsün boynuna, desin, mən göstərirəm.

– Tələbiniz turun bütün oyunlarının göstərilməsidi?

– Yox. Hər tur ən aşağısı, 3 oyun göstərilsin.

– Yeganə tələbiniz budu?

– Bəli. Vallah, pul istəmirəm, dədəmin goru haqqı, istəmirəm. Mən deyirəm ki, hansı kanal istəyir, buyursun, göstərsin. Amma göstərsin. Tək “Bakı”nın , “Neftçi”nin, “Qarabağ”ın yox, “Turan”ın da oyununu göstərsin, “Kəpəz”in də, “Simurq”un da. Demirən bütün oyunlarını. Misalçün, “Turan”ın 16 ev oyunundan 4-cə dənəsini göstərsin. 4 dənə Gəncədən göstərsin, 4 oyun da “Simurq”dan. Nə olar ki, mənim balam, onlar da bizim klublarımızdı axı…

Saleh Arslan

Son yazılar

To Top