big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Ramin Musayev: “Xaqani Məmmədov meydanda oturaraq oyun idarə etsəydi…”

02.02.2018 , 12:08

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Antalyada mətbuat konfransı keçirib.
Qurum rəsmisi jurnalistlərin suallarına cavab verib

 – Hər birinizi salamlayıram. Təklifimizi qəbul edib Antalya toplanışına gəldiyinizə görə sizə təşəkkür edirəm. Hakimlərin toplanışına toxunan PFL prezidenti bunları söylədi: “Hakimlərin Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı ənənə halını alıb. Bu işdə əməyi olan AFFA rəhbərliyinə, xüsusən də Rövnəq Abdullayevə təşəkkür edirəm. Toplanış ərzində hakimlərin idarə etdiyi görüşlərin sayı kifayət qədərdir. Məqsədimiz odur ki, hakimlərimiz həm fiziki, həm də nəzəri cəhətdən hazır olsunlar. Bütün bunlar  ona görədir ki, ilboyu əziyyət çəkən, xal uğrunda mübarizə aparan komandalarımızın haqqları tapdanmasın. Yaxşı hakimlik üçün idarəçilərin həm nəzəri, həm də fiziki durumları yaxşı səviyyədə olmalıdır. Bunun üçün isə toplanışın keçirilməsi vacibdir.

 – Fariz Yusifov toplanışda iştirak etmədi. Əsas oyunlar ona həvalə olunur. İnanırsınız ki, o, özünü doğruldacaq?
– Bir dəfə bir oyuna baxırdıq. Əli müəllim dedi ki, Xaqani Məmmədov meydanda oturaraq oyun idarə etsəydi, bundan yaxşı idarə edərdi. Fariz müəllim də peşəkar hakimdi, idmanla məşğuldu. Onun peşəkarlığına şübhə ola bilməz. İnanıram ki, yenə ümidlərimizi doğruldacaq. Keçən mövsümdə ən ağır oyunlarda o, idarəçilik edib.

– Tərlan Əhmədovla aranızda soyuqluq olduğu deyilir. Belə bir şey varmı?
– Siz cavansınız. Danmıram, Tərlanın “Neftçi”yə keçməsinə zamin durmuşam. İndi belədir ki, zamin duranı daha çox incidirlər. Tərlan Əhmədov yaxşı məşqçi və insandır. Mənə məlumat verdilər ki, vaxtının çox hissəsini klubdan kənar keçirir. Mən də ona bildirdim ki, mən sənə zamin durmuşam axı. Amma belə soyuqluq olmayıb. Elə insan var ki, ona sözlə yox, hərəkətlə təsir edirsən. Mən də ona cavab verməməklə təsir etdim. Onun xasiyyətinə bələdəm.

– “Neftçi”də baş verənlərlə maraqlanırsınızmı? Uğursuzluğun səbəbi nədir?
– Bunu çox şişirdirik. Heç nə yoxdur. Hərə öz işi ilə məşğuldur. Klubda qalmaqal yoxdur. Orxan hörmətli oğlandır, inanmıram ki, belə bir şey olsun. Klub da ailə kimidir. Orada da müəyyən söz-söhbətlər ola bilər.

– Klubların hazırlıqlarını izləyirsiniz. Bəlkə səhvləri indi açıqlayasanız.
Klubların da işləri ilə maraqlanırıq. Biz onlara müdaxilə etmirik. Ona görə toplanışlarını izləyirik ki, gələcəkdə meydana çıxa biləcək suallara cavab verək. Bəzi komandalarımız toplanışda keçirilən görüşlərdə məğlub olublar. Düşünürəm ki, bu, komandanın zəifliyindən irəli gəlmir. Çünki məşqçilər oyunlar zamanı bir sıra futbolçuları müxtəlif yerlərdə sınayırlar. Kimin hansı mövqe üçün daha uyğun olduğunu müəyyən edirlər. Zənnimcə, çempionatın qışdan sonrakı dönəmi çox maraqlı olacaq. Çünki yerlər uğrunda qızğın mübarizə gedəcək

– Hazırlığın səviyyəsini nəzərə alaraq, çempionatın geridə qalan hissəsini necə dəyərləndirisiniz? Sizcə, çempion kim olacaq?
– Çempionun kim olacağını deyə bilmərəm. Bu, məşqçilərin oyunçuları yoxlamasıdır. Çempionatda bunu edə bilməzlər. Samir Əliyev, Qurban urbanovda bunları görmüşəm. Bu il doğrudan gərgin çempionat olacaq. Əsas da 3-4-cü yerlər uğrunda böyük mübarizə gedəcək. Elə buradan səslənirəm ki, Xaqani müəllim, sən də hazırlaş.

– Birinci divizionla bağlı hansı fikirdəsiz? Aşağı dəstədən Premyer Liqaya komanda çıxacaqmı?

– I Divizion bizim üçün çox vacibdir. Çünki ora baza kimi baxırıq. Antalya toplanışında olan “Xəzər klubu mənim çox xoşuma gəldi. İstəyirik ki, I Divizionda   AFFA-dan maliyyələşməyən klubların sayı daha çox olsun. I Divizion yarışına komanda buraxmazdan öncə araşdırma aparırıq. Divizionda elə komandaların oynamasını istəyirik ki, onlar mövsümün sonuna qədər mübarizə aparsınlar və futbolumuza töhfə versinlər. Bəli, biz Antalyada “Xəzər” klubunun rəhbərliyi  ilə söhbət etdik. Onlar mənə sual verdilər ki, “biz Premyer Liqaya gələ bilərikmi?” Buna çox müsbət yanaşıram. Əgər həqiqətən də futbol naminə bir iş görmək istəyirlərsə, biz onlara dəstək verməyə hazırıq. Sözlərim təkcə  “Xəzər” klubuna deyil, Divizionda iştirak edən bütün klublara aiddir. Bütün klublar bizim üçün eynidir. 

– Millinin Moldova ilə oyunu haqda fikriniz necədi?
– Mən milli komandanın yoldaşlıq görüşü zamanı yeni oyunçular gördüm. Unutmayaq ki, milli komanda da təlim-məşq toplanışında idi və oyun yoxlama görüşü xarakteri daşıyırdı. Millinin baş məşqçisi Qurban Qurbanov futbolçlardan çox yaxşı, düzgün istifadə etməyi bacarır. Hesab edirəm ki, Qurban Qurbanovun rəhbərlik etdiyi milli komanda xalqımızı sevindirəcək

– Gürcüstan futbolunda komandaların əvəzedici heyətləri və bir neçə aşağı yaş qrupları ləğv olunub. Bizdə də belə bir sistem tətbiq oluna bilərmi?
– Bu addımın müsbət olub-olmayacağını hələ bilmirik. Amma gör-götür dünyasıdır. Futbol komandaları nə qədər çox yarışlarda iştirak edərlərsə, bir o qədər yaxşıdır. Gürcülər cəmi 3 aşağı yaş qrupu saxlayacaqlar. Məncə, bu, yanlış fikirdir. Hər yaş qrupunun öz çempionatı olmalıdır. Bilirsiz ki, PFL yaranana qədər bizdə əvəzedicilərin çempionatı ləğv olunmuşdu. Biz onu bərpa etdik. Əvəzedici heyəti ləğv etmək yox, başqa planımız var. O gün Rəşad Sadıqov bura gəlmişdi. Söhbət etdik, ümumi bir fikir irəli sürdük. Onu bu gün açıqlamaq istəmirəm. Amma çox bəyəndim, yaxşı fikirdir. Əgər icra edə bilsək, hamımızın ürəyincə olacaq. Sadəcə, klubların razılığı olmalıdı. İki il öncə klublarda maliyyə problemi var idi. Bu gün vəziyyət düzəlibmi? Niyə də olmasın?! Hər bir sahədə inkişaf gedir. Hər şey əvvəlkindən daha yaxşı olacaq. Əvvəl klublar kəmiyyətə önəm verirdi, indi isə kəmiyyətə.

– Vaxtı ilə PFL sosial layihələrlə məşhur idi. Vəziyyət düzəlibsə, həmin layihələrə yenidən start verəcəyiniz gözləniləndirmi? 
– Biz demədik ki, PFL-in vəziyyəti düzəlib (gülür). Əvvəllər klublarımızın vəziyyəti yaxşı olmadığı üçün çıxa bilmirdik. Bizim əsas maliyyəmiz SOCAR-dır. Vəziyyət yaxşıdır. Klublardan borclarımızı ala bilsək, sizlər üçün də maraqlı nələrsə təşkil etmək istəyirik. Bizə AFFA-dan əlavə büdcə ayrılmayıb. Nə azalıb, nə də artırılıb.

– Oyunların nəticəsinin manipulyasiyasına görə cəzalandırılan Nizami Hacıyev və Mirhüseyn Seyidovun məsələsi nə yerdədir? AFFA bəzi məlumatların açıqlanacağını bildirsə də, hələ də susurlar…
– Hər birimizin bir məqsədi var ki, təmizlik, düzgünlük olsun. Oyunçularla bağlı sakitlik olduğunu fikirləşirsinizsə, elə deyil. Nizami və Mirhüseynlə söhbətlər olur. AFFA və PFL bu işdə birlikdə çalışır. Sadəcə, hər şey məxfidir. Ona görə də açıqlamırıq.

– Növbəti mövsümdə 8-dən çox komanda görə bilərikmi?
– Birinci diviziondan gəlmək istəyən komandalar var. Onun maddi durumu buna imkan verərsə, AFFA və PFL onlara dəstək olmağa hazırdır. “Xəzər” və “Binə” buna görə bizə müraciət edib. Hər an hər şey ola bilər. Çempionatda Naxçıvan komandası var idi. “Araz Naxçıvan”ın yenidən diviziona qayıtmaq məsələsi var… Əlaqələrimiz çoxdur. Qatarla Naxçıvana gedib-gəlmək bərpa olunsa, iştirak edəcəklər. Bərpa olunmasa, alınmayacaq. Çünki digər klubların maddi durumu təyyarə ilə gedib-gəlməyə imkan vermir. Amma istəkləri var. 

– Kubokun finalı harda keçiriləcək?
– İki məkan üzərində dayanmışam. Birinci Gəncə, sonra Qəbələ. Qəbələdə yarış keçirməyimiz işimizi çox asanlaşdırdı. Amma Gəncəyə də addım atmaq lazımdır. Onlar da futbolu sevirlər. Tək işıqlanma ilə bağlı problem var. Oturmaqla bağlı elə də ciddi narahatlıq yoxdur. Azarkeşlər ayaq üstdə də dura bilərlər. İşıqlanma may ayına qədər hazır olsa, orada keçiriləcək. Olmasa, oyun Qəbələdə baş tutacaq.

– Rəşad Sadıqov birdən- birə 3 komandada çalışır. Onun üçün çətin olmaycaq?
– Həmin sözü Rəşadın özündən eşitmişəm. Deyir ki, məndə yatmaq yoxdur. Bu xalqa kömək etmək onun borcudur. Mən də ona dedim ki, Rəşad, eləməlisən. İnsan öz addımlarıyla sübut edir ki, kim kimdir. Ən əsası təmizlik, paklıqdır. Belə olan yerdə uğur da gələcək.

– Lənkəran və İmişli stadionu da yaxşı vəziyyətdədir. Bəlkə kubokun finalını orada da keçirəsiniz…
– Lənkəranda keçirmək fikrimiz var idi. Maraqlandıq, dedilər ki, ot örtüyü ilə bağlı problem var. Bilirsiniz ki, Mübariz Mənsimova böyük hörmətim var. Amma şərait də vacibdir. O ki qaldı İmişli stadionuna, ən çox orada keçirilməyini istərdim. Amma yerli azarkeşləri də fikirləşmək lazımdır. Bilirəm ki, oyun Lənkəranda keçirilsə, İrandan da gələn olacaq. Tək seçdiyimiz rayonu yox, ətrafdakıları da fikirləşirəm. İşıqlanma ilə bağlı problemləri var.

– Millidəki son təyinatlar “Qarabağ”ın vəziyyətinə mənfi təsir edə bilərmi?
– Elə ən yaxşı çıxış yolu seçilən yoldur. Samir Abasov İspaniyada idi, komandanı “Qarabağ”la oyuna başqa məşqçi çıxarmışdı. Komanda növbəti tura çıxdı. Baş məşqçi olmasa da, o, tapşırıqlarını verib gedir. Əsas olan inamdır. Məsələn, mən öz işçilərimin hamısına inanıram. Qurbanov ətrafına inandığı insanları yığıb. Yenə məsuliyyəti Qurban müəllim daşıyır. Rəhbər birdir. Düzdür, ola bilsin, birdən-birə Qurban nəsə edə bilməz. Cavandır, vaxt verək. Neçə il Foqtsa dözdük, bunun onda biri qədər də Qurbanova dözək. Ən əsası da odur ki, Qurban qaranquş deyil, uçub getməyəcək. Daim bizimlədir.

– Bəzi ölkələrdə kubok üçün bir stadion seçilir və oyun daima orada keçirilir. Bizdə də belə bir şey etmək olarmı?
– İngiltərə ilə Fransa gəlsin bizdə oynasın. Vaxtı ilə bizdə də belə idi. Hər zaman oyun Tofiq Bəhramov adına Respublika stadionunda olurdu. Bizim təklifimiz oldur ki, kubokun finalını bölgələrdə keçirək. Görsünlər ki, biz onlara da diqqət ayırırıq. Həmçinin legionerlər də Azərbaycanın bölgələrini görsünlər. Oradakı azarkeşlər paytaxtdakından çoxdur. Biz onları da düşünürük ki, oyunu izləmək üçün əziyyət çəkib Bakıya bölgələrdən gəlməsinlər.

– PFL-ə növbəti prezidentlik barədə nə düşünürsünüz?
– Bezdirmişəm sizi?! (gülür). Gözləyək. Özümüzdə güc hiss etsək, yəqin ki, davam edərik.

Son yazılar

To Top