"Yayımla bağlı mövsümün əvvəlində problemm yaşayırdıq. Ancaq sonradann "Topaz"ın saəsində 2 illik yayım planını 1 ildə doldurduq. Yayım işi bu mövsüm də belə davam edəcək. "Topaz"la işimizdə problemlər oldu, ancaq aramızda hər hansı problem olmadı".
Korner.az-ın məlumatına görə, bu sözləri PFL-in prezidenti Ramin Musayev deyib.
Bundan sonra söz "Azərinteltek" şirkətinin Direktorlar Şurasının sədri Ahmet Geylani Sezerə verilib.
A.Sezer isə "Topaz"ın bu bir ildə gördüyü işlərdən danışıb:
"3 ildi fəaliyyət göstəririk. 500-dən artıq agentliyimiz var. Bu isə 1000 nəfərin işlə təmin olunması deməkdi. Premyer liqaya sponsorluğumuzun ilk ili idi, bu sebebden xırda problemlər yaşadıq. Ancaq o problemləri Ramin Musayevin köməkliyi ilə qısa müddətdə də çözdük".
– See more at: http://korner.az/v2/xeber/10496/#sthash.dzrOHJzV.dpuf