Bu gün keçirilən mükafatlandırma tədbirində Ramin Musayev maraqlı açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, o, Premyer Liqa oyunlarına xarici hakimlərin təyinat alıb almayacağı barədə danışıb.
Ramin Musayev deyib ki: “Premyer Liqada 8 hakim var. Lakin heç də onların hamısının səviyyəsi derbi idarə etməyə kifayət deyil. Hakimlər heyəti gəncləşdirilir. Əsas olan səhvin qərəzsizliyidir. Əcnəbi hakim məsələsinə o vaxt baxacağıq ki o 8 hakimdən 4-ünü qovaq”.