"Vəzifəmdə olduğum bu 4 ildə gördüyümüz işlər haqda danışmağa ehtiyac yoxdur. Ancaq lazım olsa, onları sadalaya bilərəm. Bu müddətdə nailiyyətlərimiz olduğundan, futbolumuzun inkişafına təkan verdiyimizdən, rahatam. 4 ildə ən böyük iş kimi əvəzedicilərin çempionatının keçirilməyini sayıram". Korner.az-ın məlumatına görə, bu sözləri peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna yenidən seçilən Ramin Musayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, bir neçə klubun hələ də PFL-yə borcu olduğunu deyərək, "Qarabağ" haqda da danışıb:
"Lazım olsa, hər şeyi açıb deyə bilərəm. Ancaq buna ehtiyac görmürəm, çünki həmin borcu olan klubları başqalarının yanında utandırmaq istəmirəm. Borcu olanlar çox deyil, 3-4 klubdur.
Mən sizə söz verirəm ki, “Qarabağ” növbəti mövsümdə ya Quzanlıda, ya Bakıda oynayacaq. Yəni bir mövsümdə 2 müxtəlif yerdə oynamağı mümkün olmayacaq. Bir yeri seçməlidirlər".