Bu gün “Hilton” otelində AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib.
Korner.az-ın məlumatına görə, bu xəbər AFFA-nın saytında yer alıb. Azərbaycan Premyer Liqasında çıxış edən bütün klubların nümayəndəsinin iştirak etdiyi iclasda ölkə futbolunun həlli vacib problemləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Klublar Komitəsinin üzvlərinin dəvətinə uyğun olaraq, ayrı-ayrı məsələlərin müzakirəsi ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iclasda iştirak edib, Klublar Komitəsinin üzvlərinin müvafiq suallarını cavablandırıblar.
