"Dünənki oyunda yaranan qalmaqal da hər iki klubun günahı var idi. Sabah dünənki insidenetlə bağlı qəti və sərt qərarlar veriləcək. Kim günahkardırsa cəzasını alacaq".
Bu sözləri Korner.az-a açıqlamsında PFL-in başçısı Ramin Musayev deyib.
Qurum başçısı "Neftçi" – "Xəzər Lənkəran" oyunundan sonra baş verən davaya münasibət bildirərkən daha sonra bunları deyib:
"Stamenkoviç hamı deyir orda rəqib futbolçuya qarşı qeyri-etik hərəkətlər etdi. Ancaq mən bunu belə adlandırmazdım. O, qapıçıdır və rəqibi prixoloji gərginlik altına almaq üçün tipu Sialmasa tərəf atdı. Ümumilikdə biz cavan oyunçularımızın döyülməsinin lehinə deyilik. Bu heç də xoş bir hal deyil. Bir daha deyirəm ki, kimin nə günahı var cəzasını alacaq. Hələ heç bir klub rəhbərliyi, rəsmiləri ilə danışmamışam. Yəqin ki, qərarlar çıxdıqdan sonra əlaqə saxlayacam".
R.Musayev daha sonra "Xəzər Lənkəran" tərəfinin mühafizə xidmətlərinin meydana buraxılmamasına və nəticədə belə olayın baş verməsinə qarşılıq olaraq bunları dedi:
"Mən də bu barədə məlumat yoxdu. Final oyununun təşkilatçılığı bizdə olsa da, təhlüksəzilik xidməti bu işlə məşğul olur. Ola bilsin ki, onlar icazə verməyiblər".
Səxavət QURBANOV