Son zamanlar "facebook" sosial şəbəkəsində PFL-in prezidenti Ramin Musayevə qarşı istefa yazılarına rast gəldik.
Bir neçə şəxs qruplaşma yaradaraq "Ramin Musayev istefa", "Ramin Musayev getməlidir" kimi yazıları ilə qurum rəhbərinin əleyhinə təbliğat aparırlar.
Bu məsələni araşdırmaq üçün Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə əlaqə saxladıq. Musayevin məsələ ilə bağlı Korner.az-a açıqlaması isə belə oldu: "Canları sağ olsun, qoy desinlər. Azərbaycanda söz azadlığı var. Demokratik ölkədə yaşayırıq. Kim nə istəyir desin".