big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Ramin Musayev: “Berti Foqts özündən fokus göstərə bilməz”

22.12.2013 , 14:20

Yola saldığımız
həftə millinin baş məşqçisi Berti Foqtsla müqavilənin yenilənməsi ilə yanaşı
Premyer Liqada 2-ci dövrənin yekunlaşması ilə də yadda qaldı.

Korner.az-ın məlumatına görə, bu gün
keçirilən oyunlarla 1-ci Divizion da özünün ekvator xəttinə çatıb. Bu
mövsüm geridə qalan müddətə nəzər salmaq, çempionat və hakimliyin səviyyəsi
haqda fikirlərini öyrənmək və bir çox başqa suallara cavab almaq məqsədilə PFL
prezidenti Ramin Musayevlə görüşdük.


Müsahibimə ilk sualım liderlər qrupunda yer alan
“Qarabağ”, “Qəbələ” və “Neftçi” haqda oldu. Birinciliyin sonunda bu
komandalardan hansı çempionluğu bayram edə biləcək?

 – Artıq
çempionatın yarısı arxada qaldı. Turnir cədvəlinə nəzər salsaq görərik ki, 3
komanda digərlərindən bir qədər uzaqlaşıb. Amma 3 xallıq sistemin mövcudluğu və
qarşıda 18 turun olmasına görə indidən kimin çempion olacağını söyləmək
çətindi. Birinci yerdə gedən komanda 8-ci yerin sahibi ilə oyunda xal itirir.
Və ya çempionluğa oynayan komandanın autsayderlə oyunda büdrəməsi gözləniləndi.
Bu mənada birincilikdə əsl mübarizənin şahidi oluruq ki, bu da çempionatın
səviyyəsinin qalxmasına bir işarədir. Bildiyiniz kimi dekabrın 18-də İcraiyyə
Komitəsinin iclası oldu və orada komitənin bütün üzvləri çempiontın və
komandaların səviyyəsinin artığını bildirdilər. Hətta millinin baş məşqçisi
Berti Foqts da ötən illə müqayisə də birinciliyin daha maraqlı və səviyyəli
keçdiyini söylədi. Bunu və apardığımız analizlərin nəticəsi kimi çempionatın
səviyyəsinin qalxdığını deyə bilərəm.


– Bəs, PFL-in işindən necə, razısınızmı?

– Sözsüz ki,
problemlərin yaranmamasına, işimizi lazımi səviyyədə qurmağa çalışırıq. Həyat
varsa, deməli problem də var. Biz də səhvlərdən xali deyilik. Amma geridə qalan
müddətdə nəsə ciddi bir səhvə yol vermədiyimizi düşünürəm. İşimizi qənaətbəxş
hesab edirəm. İnsan həyatda səhv edə-edə peşəkarlaşır. Ən böyük istəyimiz
futbolumuzun inkişafıdı. Son illərdə ölkəmiz dünyaya öz idmanı ilə səs salıb.
Səbr edək, bir neçə ildən sonra görəcəyik ki, futbolumuz da istənilən səviyyəyə
qalxıb.

– Ramin müəllim, nədənsə komandalar məğlub olduqda
birinci növbədə Sizi günahlandırırlar, çempionun hələ birincilik başlamamışdan
müəyyən olunduğunu deyirlər. Sizcə, bu ittihamlar nədən qaynaqlanır?

–  Konkret misal çəkə bilərsiniz?

– Elə götürək sonuncu turda AZAL – “Neftçi” görüşünü.
Oyundan sonra bakılıların vitse-prezidenti Tahir Süleymanov belə bir ittihamla
çıxış edib ki, PFL bizim çempion olmağımızı istəmir.

– Əfsuslar
olsun ki, komandalar xal itirəndə günahı özlərində yox, hakimlərdə, bizdə
görürlər. Bu, təkcə Azərbaycanda belədir. 6 ildir ki, PFL fəaliyyət göstərir.
Bu müddətdə “Neftçi” 3 dəfə çempion olub. Əgər Tahir Süleymanov belə bir fikir
bildiribsə, onda komandasının qazandığı nailiyyətlərə kölgə salır. Yox, əgər
“Neftçi”ni həqiqətən PFL çempion edibsə, onda Tahir Süleymanov düz deyir.

– Builki birincilik də hakim səhvləri ilə yadda
qaldı…

– Güya hakimlər
tapşırıq alırlar, qərəzçilik edirlər. Doğrudur, hakimlər tapşırıq alır. Amma
oyunları vicdanla, yüksək səviyyədə idarə etmək, diqqətli olmaq, kiminsə
haqqını tapdalamamaq barədə. Mən də klubda işləmişəm, hakimlərlə dəfələrlə
mübahisə eləmişəm. Əvvəlki AFFA rəhbərliyi dövründəki hakimlərlə qeyri-rəsmi
söhbət eləsəniz, görərsiniz ki, o vaxtlar onlara göstəriş verilirdi. Bir misal
çəkəcəm – 2005-ci ildə “Turan” – “Neftçi” oyununda hakim Xaqani Məmmədov olmalı
idi. Ona tapşırıq verildiyi üçün həmin oyunu idarə etməkdən imtina etmişdi.
Əvəzinə dəqiq yadımda deyil, ya Fariz Yusifov, ya da Zöhrab Qədiyev təyin
olunmuşdu. Oyunun gedişində hakim futbolçumuza haqsız olaraq qırmızı vərəqə
göstərsə də, “Neftçi” 2:0 hesabı ilə qalib gəlmişdi. Matçdan sonra isə həmin
hakim 3 oyunluq çəzalandırılmışdı. Məlum məsələdi nəyə görə. Mənə elə bir oyun
göstərə bilərsinizmi, həmin oyunda hakim səhvi olmasın? Messi kimi ulduz boş
qapıya top vura bilmirsə, deməli tapşırıq alıb? Hakim də insandı, səhv edə
bilər. Amma bunu qərəzçiliklə əlaqələndirmək düzgün deyil. Bizim hakimlər
respublikadan kənarda təyinat aldığı oyunları türklərin təbirincə desək, “10
nömrə” işarə edirlər. Amma yerli çempionatda yox. Çünki istər klub rəhbərləri,
istərsə də rəsmilər tərəfindən təzyiqlərlə üzləşirlər. Bu barədə dəfələrlə klub
rəhbərləri ilə söhbətlərim olub ki, səhv etməmələri üçün hakimlərə təzyiqlər
olmasın. Bununla hakimlərimizi qətiyyən müdafiə etmirəm. Elələri var ki,
həqiqətən bağışlanmaz səhvlərə yol verirlər və təbii ki, cəzalanırlar. Klublar
deyir ki, əgər mən 3 xal itirmişəmsə, hakimin cəzalanması həmin xalları geri
qaytaracaq? Sual olunur, bəs, futbolçun boş qapıya top vura bilmirsə və xal
itirirsənsə, onu cəzalandırırsan?

– Necə eləmək olar ki, hakimlərə təzyiqlər azalsın?

– Bayaqda
dediyim kimi, bu hala ancaq bizdə rast gəlinir. Bütün səhvləri hakimin boynuna
yıxmaq olmaz. Kimsə deyə bilməz ki, mənim komandamın oyununa hakim tapşırıq
alaraq göndərilib. Deyə bilər, amma sübut edə bilməz. Çünki, belə bir şey
olmayıb və birmənalı şəkilmə mümkün deyil. Günahı hakimlərin üzərinə atmaq bəzi
insanların klub rəhbərləri, klub rəhbərlərinin isə sponsorlar qarşısında bəraət
qazanması üçün atılan bir addımdı. Götürək 1-ci Divizionu. Komanda məğlub olur,
mənə zəng edirlər ki, Ramin müəllim daha deyin ki, “Araz Naxçıvan”ı birinci
eləmək istəyirsiniz. Bir komanda 1-ci ola bilər, ikisi, üçü yox. Mənim üçün
fərqi yoxdur kim çempion olacaq.  Hamısı
bizim komandadır, Ermənistanın deyil. Hərdən mənə deyirlər ki, Ramin Musayev
Qurban Qurbanovla dostdur, “Qarabağ”ı çempion edəcək. Ramin Musayev 6 ildir
PFL-in prezidentidi, “Qarabağ” hələ çempion ola biləyib. Hafiz Məmmədovla
dostdur, “Bakı” çempion olacaq. Və ya Sadıq Sadıqovla yaxındır, “Neftçi”
birinci olacaq. Əgər, “Neftçi”ni 3 dəfə mən çempion etmişəmsə, onda bu il də
çempion edəcəm. Belə söz-söhbətlər vicdanlı insana yaraşmaz, ayıbdı. Belə sözü
deyən insan əvvəl güzgüyə baxsın və həmin sözləri birinci özünə desin. Görsün
öz sifətinə baxa bilir? Belə iftira atanlar birinci Allahdan qorxsunlar.

– 1-ci Diviziondan söz düşmüşkən, sabah (bu gün –
red.) “Araz Naxçıvan”la “Qaradağ Lökbatan” qarşılaşacaq. Çempionat
başlamamışdan əvvəl naxçıvanlıların eitaya yüksələcəyi söylənilirdi. Hazırda bu
komandalar arasında xal fərqi minimumdu…

– Həmin
oyuna  peşəkar hakim göndərmişik, oyunun
çəkilişi olacaq. Nəsə bir problemin yaranacağına inanmıram. Hər şey göz
qabağında olacaq. 

– Nədənsə, adamda belə bir təəssürat yaranır ki,
komandaların yarıdan çoxu 1-ci Divizionda iştirak etmək xatirinə iştirak
edirlər.

– Bu fikrinizlə
razı deyiləm. Siz birinciliyi jurnalist kimi izləyirsiniz. Amma mən hadisələrin
içindəyəm. Elə komandalar var ki, məsələn, “Göyəzən”, “Energetik” – siz deyən
kimi nəyinsə xatirinə oynayırlar. Amma bura MOİK-i, “Şəmkir”i, “Turan”ı,
“Neftçala”nı və digərlərini, ümumiyyətlə, komandaların 80 faizini aid etmək
olmaz. Hiss olunur ki, iddiaları var, gözəl futbol nümayiş etdirirlər.

– Yaxınlarda belə bir fikir bildirmişdiniz ki, cari
format özünü doğrultmasa, 1-ci Döviziondan Premyer Liqaya 2 komanda yüksələ
bilər. Nəzərə alsaq ki, “Araz Naxçıvan”a xeyli pul ayrılıb və komandanın
qarşısına Premyer Liqaya yüksəlmək vəzifəsi qoyulub, bir çoxları  sizin bu sözlərinizi onların 1-ci yeri
tutmayacağı təqdirdə 2-ci yerlə elitaya yüksəlmələrinə doğru atılmış bir addım
kimi dəyərləndirə bilərlər.

– Əvvəla onu
bildirim ki, “Araz Naxçıvan”a böyük pulların ayrılması fikri düzgün deyil.
Onların büdcəsi 1-ci Divizionda çıxış edən bir çox klubların büdcəsindən çox
deyil, bəlkə də azdır. Digər klubların rəsmiləri məndən inciməsinlər, onlardan
fərqli olaraq “Araz Naxçıvan”da pullar düzgün xərclənir. İşlərini peşəkar
səviyyədə qurublar. O ki qaldı, Premyer Liqaya 2 komandanın yüksəlməsinə və ya
formatın dəyişməsinə… Həmişə çalışmışam ki, mətbuata yalan məlumat verməyim.
İndidə deyirəm, əgər həqiqətən cari format özünü doğrultmasa, başqa format
tapmaq haqda düşünə bilərik. Başqa format “altılıq” sistemi idi. Fikrimcə,
özünü tam doğrultmuşdu. Həmin formatın sayəsində “Neftçi”, “Qarabağ” özünü
Avropa səhnəsində göstərə bildi. Deyə bilərəm ki, indiki format məni qane
etmir. Niyə? Əgər çempionatın lideri autsayderlə oynayırsa, Avropanın
birinciləri ilə necə oynayacaq? Məlum məsələdir ki, səviyyə fərqi öz sözünü
deyəcək. Bir məqama da toxunmaq istəyirəm, bizim əksər klublarımız heyətlərini
gücləndirmək üçün yayı gözləyirlər. Düşünürlər ki, komanda Avrokuboklara vəsiqə
qazansın, sonra futbolçu transfer edələr. Bu kökündən yanlış fikirdir.
Avrokuboklarda nəticə qazanmaq üçün qışda futbolçu almalıdılar. Çünki, yaya
kimi 3-4 ay vaxt olacaq ki, yeni gələn oyunçu komandaya tam alışacaq. Yoxsa,
avrokuboklara vəsiqə qazanan kimi futbolçu alırlar, mətbuatda həmin futbolçunun
komandaya yaramadığını bildirir, klubdakı neqativ hallardan yazır. Bunu eşidən
həmin futbolçu şüşə kimi sınır. Uğursuzluğu isə həmin futbolçuların üzərinə
atırlar. Axı yazıq hələ komandaya uyğunlaşmayıb. Peşəkar klublar qış
fasiləsində heyətini formalaşdırmalı, yayda isə Avrokuboklara hazır vəziyyətdə
getməlidilər. Sözümün canı var, bu formatda elə ola bilər ki, çempion olan
komanda son 3-4 oyunu autsayderlərlə keçirsin. Bu halda zəif komandalarla
oyundan sonra birdən-birə Avropa klubları ilə oynamaq onlara çətin olacaq.
“Altılıq” sistemində isə belə deyildi. Son tura kimi gərgin mübarizə gedirdi.
Fikrimcə, bu sözlərimlə əksəriyyət razılaşar.

– Kubokun son finalında baş verən məlum hadisələrdən
sonra klubların mühafizəçilərinin futbolçulara aid yerlərdə görünəcəyi təqdirdə
həmin komandalara texniki məğlubiyyət veriləcəyi barədə fikir bildirmişdiniz.
Konket olaraq “İnter” – “Neftçi” və AZAL – “Neftçi” matçlarından sonra bu cür
halla rastlaşdıq. Birincidə “İnter”in, dünənki (srağagün – red.) oyunda isə
“Neftçi”nin timsalında.

– Biz bu qərarı
qəbul edəndə oyun vaxtını nəzərdə tutmuşduq. Həmin vaxtda qadağan olunmuş
yerlərdə klub mühafizəçilərinə rast gəlmək mümkün deyil. Əgər belə bir hal baş
veribsə, mənə deyin. Bilməyim vacibdi. Ola bilər ki, bəzi hallarda mühafizəçi
oyundan sonra klub rəsmiləri ilə dəhlizdə olsunlar. Hər oyundan əvvəl matçın
komissarı ilə söhbətimiz olur və onlara bu barədə xatırladıram. Əgər belə bir
hal baş verərsə və AFFA nümayəndəsi buna göz yumarsa, həmin insan işindən
dərhal azad olunacaq. AZAL – “Neftçi” oyunundan sonra baş verənlərə gəlincə, bu
məsələ ilə yerində maraqlandım. Orada “Neftçi”nin mühafizəçiləri yox, Tahir
Süleymanov, Gündüz Abbaszadə və klubun təhlükəsizlik xidmətinin rəisi olub.

– Düzü, həmin oyunda olmamışam, amma mətbuatda
“Neftçi” rəsimlərinin hakimi döymək istəmələri ilə bağlı xeyli xəbərlər
yayılıb.

– Buna
inanmıram. Hakimi döyə bilməzlər, yəqin ki, etirazlarını bildirmək istəyiblər.
Çünki, azından Tahir Süleymanov da hakim olub. Yazılanlarda olduğu kimi hakimə
əl qaldırmaq istəmələrinə inanmıram. Bütün hallarda baş verənlər qeydə alınıb,
günahkar cəzalandırılacaq.

– Berti Foqtsla yeni müqavilə imzalandı. Bilirik ki,
onun yığmada qalmasının tərəfdarı idiniz. Həm Foqtsun, həm də onun köməkçiləri
ilə bağlı təyinatlara münasibətinizi bilmək istərdim.

– Əgər sizə
içməyə çay təklif olunubsa, kofe içə bilməzsiniz. Mən Berti Foqtsadan çox bizim
seleksionur məşqçilərimizi günahlandırıram. Yaxşı işləmirlər. Xeyli istedadlı
futbolçularımız var, onları tapıb üzə çıxarmaq lazımdı. Berti Foqts özündən
fokus göstərə bilməz. Foqstun nailiyyət qazanması üçün ondan aşağı təbəqələr
işlərinə məsuliyyətlə yanaşmalıdırlar. Klublar oyunçu hazırlamalı, peşəkarlığı
artırmalı, uşaq futbolu inkişaf eləməlidi ki, Foqts da bundan istifadə edə
bilsin. Elə futbolçular var ki, məşqçi onu məcburiyyət qarşısında millinin
düşərgəsinə çağırır.

Komandanın
özəyini təşkil edən futbolçulara layiqli əvəzləyici tapmağa çətinlik çəkir.
Məsələn, əgər Kamran Ağayev və Rəşad Sadıqov eyni vaxtda komandaya kömək edə
bilməsələr, yığmadan heç bir nəticə gözləməyin mənası yoxdur. Rəşad, Kamran,
Mahir olmasa, milli nə gündə olacaq? Başqaları inciməsin, onlar səviyyəsində
futbolçularımız yoxdu. Buna Foqts neyləməlidir? Hərdən bəzi jurnalistlər
çertoqanovlar, levinlər deyə lağ eləyirlər. Onların yerinə layiq olan futbolçu
göstərin, sonra lağ eləyin. Mən Foqtsun əmisioğlu deyiləm ki, onun tərəfini
tutum. Yenə də təkrar edirəm, seleksiyaçı məşqçilərimiz yaxşı çalışmırlar. Tural
Nərimanov adlı futbolçu var idi. Hazırda AZAL-da çıxış edir. Mən “Neftçi”də
olanda Yevlaxda “Karvan”a qarşı oynayırdıq. Tural təkbaşına bütün komandanın
başına oyun açdı. Deyərdim ki, millimiz bu futbolçunu itirdi. Heç iddialı
klublar tərəfindən də dəvət almadı. Hansı ki, gətirilən legionerlərin
əksəriyyətindən istedadlı futbolçu idi. Bilirsiniz, bu gün klub rəsmiləri
transfer edərkən, şəxsi münasibətlərə çox yer verirlər. Yaxın əlaqələrə görə
menecerlərin “mən ölüm, bu futbolçunu götür” sözlərini geri çevirə bilmirlər.
Ziyanı da məşqçilər çəkir. Çünki, sonda onlardan nəticə tələb olunur. Amma heç
görübsünüz ki, hansısa məşqçi buna etiraz etsin? Edə də bilməz. Çünki, qorxur,
ailəsinə çörəkpulu aparmaq istəyir. Futbolçuların komandaya götürülməsinə ancaq
məşqçilər qərar verməlidilər.  Cəmi 1-2
komandamız var ki, onlarda bütün səlahiyyətlər məşqçilərə məxsusdur.

– Adlarını çəkə bilərsiniz?

– Düzgün
çıxmaz. Həmin komandalarda görülən işlər göz önündədi, hamı da yaxşı bilir.
Birini deyim, “Araz Naxçıvan”da bütün səlahiyyətlər məşqçidədi. Hər şey
peşəkarlıq üzərində qurulub. Deməli, nəticə də var və olacaq da.

– Mahmud Qurbanovla söhbətim zamanı istedadlı
futbolçuların hamısının milliyə dəvət olunduğunu bildirdi. Yəni kənarda qalan
yoxdu.

– Mahmud çox
qanacaqlı insandı. Həm futbol, həm də həyatda “professor”du. Onun haqqında bir
dəfə də olsun kimdənsə pis söz eşitməmişəm. “Neftçi”də olarkən bir dəfə mənə
yaxınlaşdı və bildirdi ki, mənim maaşımı gecikdirə bilərsiniz, amma filan
uşaqların pulunu verin. Mən gözləyərəm. Bir qədər sonra həmin futbolçu yanıma
gələrək dedi ki, Mahmuda bu qədər pul verirsiniz, bəs, mənə niyə yox? Mahmud
belə bir insandı. Ola bilər bu sözləri sizə rəsmi olaraq deyib. Amma millidə
oynamağa layiq futbolçular həqiqətən çoxdur və onları tez bir zamanda üzə
çıxarmaq lazımdı. Hazırda millidə bir neçə futbolçu var ki, onların layiqli
əvəzləyiciləri yoxdur.

– Təxminən 2-3 ay əvvəl bildirmişdiniz ki, əcnəbi
şirkətlərin biri ilə çempionatın yayım hüququ ilə bağlı danışıqlar gedir. Hətta
növbəti mətbuat konfransında həmin şirkətin adını da açıqlayacağınızı
bildirmişdiniz. Mətbuatda həmin şirkətin İsveçrə şirkəti olduğu barədə xəbərlər
yer almışdı. Məsələ nə yerdə qaldı?

– Deyəsən
məndən söz alırsan. Növbəti sözünü işlətməmişəm. Tam əmin olmamış bu barədə
nəsə demək istəmirəm. Böyük planlarımız var. Baş tutarsa, bundan futbolumuz,
klublarımız, hətta siz jurnalistlər də qazanacaq.

– Jurnalistlər deyəndə kimləri nəzərdə tutursunuz?
Çünki, hazırda qəzetlərdən fərqli olaraq xeyli sayda idman saytları fəaliyyət
göstərir. Seçim necə aparılacaq?

– Həmin
saytların reytinqləri nəzərə alınacaq.

– Noyabr ayının ən yaxşılarının mükafatlandırılmasın
mərasimində iştirak etmədiniz. Düzü, siz olanda mətbuat konfransları bir qədər
maraqlı və uzun olur. Amma bu dəfə əksinə oldu.

– Həmin
mərasimə səhhətimlə əlaqədar qatılmamışdım. Səbəbini ona görə açıqlamamışdıq
ki, qohumlar, dostlar narahat ola bilərdilər. Ürəyimdə problemlər var idi və
xəstəxana şəraitində 4-5 gün müalicə olundum. Şükür Allaha, səhhətim
yavaş-yavaş qaydasına düşür. Çox istərdim ki, yeni il qabağı bu tədbirdə
iştirak edim, jurnalistlərdə ünsiyyətdə olum. Baxmayaraq ki, məni çox tənqid
edirlər, amma jurnalistləri çox istəyirəm. Səbəbini də deyəcəm. Stadionlara
azarkeşlər gəlmir, fanatlar gəlmir, amma jurnalistlər istənilən hava şəraitində
gəlir. Elə hal olub ki, mətbuat konfransından çıxında jurnalistlərin yağışda
avtobus gözlədiyini görmüşəm. Mən isə, isti maşina oturub oranı tərk eləmişəm.
Ürəyim ağrayıb, xəcalət çəkmişəm. Növbəti tədbirdə yenə də həmin insanlarla
rastlaşmışam. Bunu yazıqlamaq kimi qəbul etməyin, sadəcə demək istəyirəm ki,
peşələrini sevirlər, işlərinə məsuliyyətlə yanaşırlar. Belələrinin xətrini çox
istəyirəm. Tənqid edənləri də həmçinin. Sağlam tənqidə həmişə hörmətlə
yanaşmışam. Amma təhqir edənlərə yox. Təhqiri jurnalistikaya yaraşdırmıram. O
ki qaldı iştirak etdiyim tədbirlərin daha maraqlı olmasına, həmişə
jurnalistlərlə səmimi olmuşam. Səmimiyyət olan yerdə isə danışmaqdan doymaq
olmur. Rəsmi mərasimlərdə isə söhbət qısa alınır.

– Ramin müəllim hərdən jurnalistlərə atmacalar da
atırsınız…

– Atmaca deyil.
Buna aşıq sənətində “gülləmə” deyilir. Hesab edirəm ki, atmacalarım da şirin
olur. Məncə, bu zarafatlara görə kimsə məndən inciməz. Kimə atmaca atmalıyım?
Siz mənə sataşa bilirsiniz, mən sizə yox? (gülür).

– Yeni ili necə qarşılayacaqsınız?

– Yaxın dostum
var, ailəvi qonaq çağırıb. Yeni ili onlarla birgə qarşılayacağıq. Qış
fasiləsində 1 həftə özümə vaxt ayırmaq istəyirəm. Ondan sonra yenə də iş
başında olacam. Hakimlərin, eyni zamanda klubların təlim-məşq toplanışları
başlayacaq.  Görüləsi işlər çoxdur.
Fürsətdən istifadə edərək, yeni ildə yeni seçilmiş prezidentimizlə birlikdə
hamıya can sağlığı, uzun ömür və xoş günlər arzulayıram. Hər bir azərbaycanlıya
üzərinə düşən işin öhdəsindən lazımınca gəlməsini diləyirəm. Belə olsa, həm
özünə, həm ailəsinə, həm xalqımıza, həm də Allaha xoş olar.

İlqar TAĞIYEV

“Het-trik news

Son yazılar

To Top