Topaz Premyer Liqasının avqust ayı üzrə ən yaxşılarının seçildiyi tədbirdə Ramin Musayev daha bir açıqlama verib.
Korner.az-ın məlumatına görə o, klubların azarkeşlərlə iş aparmamasından şikayətlənib.
“Klublar azarkeşlərlə iş aparmırlar. Böyük oyunda baş verənlər çox şişirdildi. Azarkeşlərdən xəsarət alan olmayıbsa, bunu böyük qalmaqal saymaq olmaz”,- deyə Musayev bildirib.