Bu gün Azərbaycan kubokunun və superkubokunun təqdimat mərasimi keçirilib.
Superkuboku qazanacaq ilk kluba kubok hədiyyə edəcəyik. Növbəti mövsümlərdə isə kubokun xərcini ödəyəcək qalib kluba həmişəlik veriləcək".
PFL başçısı daha sonra Premyer Liqa qaliblərinin mükafatının ləğv edilməsini belə izah edib:
"Çempionatın mükafatçılarına mükafatın ləğv edilməsi klubların öz təşəbbüsüdü. O məbləğ həmin klubların bir gənc futbolçusunun transfer pulu deyil heç".
Musayev daha sonra biletlərin qiymətindən şikayət edən azarkeşlərə səsləndi:
"Azarkeşlərin biletlərin qiymətindən şikayət etməsi düz deyil. 5 manat nə puldur ki? 5 manata avtomobil udmaq olar".