big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Ramin Musayevə təbrik əvəzi P.S.-ləmə

04.07.2012 , 11:59

PFL prezidenti 4 ildə bizi xeyli güldürmüşdü
 

 
Dünən Ramin Musayev növbəti 4 il üçün PFL prezidentliyinə təsdiqləndi. Nədi? "Seçildi" yazım, özümü camaata güldürüm? Alternativsiz seçkidə təyinat oleeer, ağrın alem.
Yəqin ki, “tacqoyma” mərasimindən bəri Musayevin telefonu susmur, hamı təbrik edir. Biz də edirik. Xeyli şad gündü. Bəs belə gündə neyləyərlər? Əylənərlər, gülərlər! Di oxuyun, gülün da bə!

 
 
9 noyabr 2010. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ən yaxşı çempionatların siyahısına münasibət bildirərkən (Premyer Liqamız 44 ölkənin çempionatı arasında Lüksemburq, Malta, Qazaxıstan və Uelsi “vəhşi futbol ölkələri”ni böyük əzmkarlıq hesabına arxada qoymaqla 43-cü pillədə qərarlaşmışdı): “Qələt eləyir, başlarını daşa döyürlər ki, belə reytinq hazırlayıblar. Çempionatımızın günbəgün irəli getdiyini hamı görür. Yəqin, həmin o federasiyada ermənilər çalışırlar ki, reytinqimizi məqsədli şəkildə bu qədər aşağı düşürüblər”.
 
P.S. Bu erməni köpəyuşağı gedib İFFHS-ə də çıxıblar! Pah, işə bax ee! Vüqar Xeyrullayev, sən Ramin “dayı”nın canı, işləmə onlarla, futbolumuzun inkişafına mane olan, zırıltı inkişafımızdan qaşıntıya düşən o yad ünsürlərlə…
 
************
Millimizin Andorra ilə 0:0 hesablı biabırçı heç-heçəsinə münasibəti: “Mən sadəcə, şokdayam. Söz tapa bilmirəm ki, hisslərimi ifadə edə bilim. Yaponiyaya məğlubiyyəti yenə başa düşmək olardı. Amma çempionatı da olmayan bir ölkənin yığmasıyla heç-heçə…Normal klubları da yoxdu. Heç onlarda bizdə olan şərait də yoxdu. Bir-iki futbolçusu xaricdə oynayır. Heç-heçə Andorra üçün qələbəyə bərabər nəticədi. Mən futbolçularımızın necə oynadığını bilmirəm. İndi Andorra futbolçuları da bəyan edə bilərlər ki, futbol oynamağı bacarırlar. Çox təəssüflənirəm ki, belə nəticə qazandıq. Buna görə Berti Foqtsdan hesabat tələb etmək lazımdı. Nə qədər onun boş-boş açıqlamalarını eşitməliyik? İndi deyir hədəf AÇ-2016-dı, daha sonra AÇ-2020-dən dəm vuracaq”
 
P.S. Hə, razıyam, Foqts boş-boş danışır. Amma bəs onda mövsümün əvvəlində “Foqts istəsə də, təqvimi dəyişməyəcəyik” deyib, sonradan 4-5 dəfə əl gəzdirməyin adı nədi? Dolu-dolu guruldamaq? Nağaranın da yaxşı guppuldamağı var, amma heyhat… İçi boşdu, iynəylə deş, fısıldasın. Faydasız guruldamaqla bağlı bir məsəlim də var, “prosto” ayıbdı. Bir Aslan bilir, bir də mən. Aslan, heşşşş kimə demə, qaqa wink
 
 
***********
Rəhmətlik “Şuşa” klubunu I Diviziona dürtməyin yaratdığı sevinclə: “Həm “Şuşa” klubu, həm də Azərbaycan futbolu üçün bacardığımız qədər yaxşılıq etməliyik. İndiki AFFA rəhbərliyi keçmiş rəhbərlik kimi deyil. AFFA-nın prezidenti Rövnəq Abdullayevlə “Qarabağ”ın “Borussiya” ilə oyununu izləyərkən I Divizion haqqında söhbət etmişik. Əsasən yerli futbolçulara diqqət ayrılmalıdır. Çalışacağıq ki, I Divizionun oyunlarını müxtəlif media vasitələrində daha çox işıqlandıraq. Şuşa hamımızın yaralı yeridir, “Şuşa” klubunun I Divizionda iştirak etməyi “qonşularımız”a bir işarə olsun. İnanıram ki, tezliklə “Şuşa” ev oyunlarını doğma şəhərdə keçirəcək”.
 
P.S. O gün dığaların kanalından verirdilər, deyirdi, bu açıqlamadan sonra o tərəfdə nətər qorxuya düşübləsə, tüpürüblər dabana. İndi Şuşa azaddı, rahatca oynamaq olar. Bıy, bəs orda oynayacaq klubunuz hanı, Musayev? Fıssssss…
 
 
**********
Özünün birinci prezidentlik dövrünü dəyərləndirərkən: “Əvvəllər çempionatda müxtəlif toplardan istifadə olunurdu. Paytaxtda bir cür topdan istifadə olunurdu, rayonlarda ayrı cür. Futbolçular da gah ağır, gah da yüngül topla oynamaq məcburiyyətində qaldıqları üçün müxtəlif problemlərlə üzləşirdilər. Amma PFL yaranandan sonra vahid top sisteminə keçilib”.
 
P.S. Bəlkə davamında o vahid top sisteminə necə keçildiyini, topları klublara kimin satdığını da deyəydiz? Monopoliya qoxusu gəlir axı…
 
**********
Foqtsun 22-ci turun oyunlarına baxdıqdan sonra ürəyinin və gözlərinin ağrıdığını deməsinə münasibət bildirərkən: “Mən həkim tapmışam. Maştağada yaxşı həkim var. Amma bilmirəm o, kömək edə bilər, ya yox”.
 
P.S. Foqtsdu dəli, Musayev? O Foqts ki, onun istəyiylə hər il çempionatın təqvimini alt-üst eləyirsiz? Hərçənd… “Hərçənd”i 2-ci “prikol”un P.S-indədi.
 
 
(ardının olması yaxın gələcək üçün qurulan planlarımıza daxildi)

Arxivdə "eşələndi": Saleh Arslan

Son yazılar

To Top