Ramilin yeni klubunda ilk müsahibəsi: “Mən futbolçuyam, belə şeylərə baş qoşacam?”
20.08.2018 , 11:05

Millimizin üzvü və “Krılya Sovetov”un yeni transferi Ramil Şeydayev Rusiya Premyer Liqasının 4-cü turunda “Lokomotiv”lə matçda debüt oyununa çıxdı.
Oyundan sonra 22 yaşlı forvard müsahibə verib. O, yeni komandasında hər şeyin əla olduğunu deyib:
– Hər şey əladır. Bir həftədir ki, burdayam və məşqlərə çıxıram. Özümü oynamağa hazır sayıram. Məşqçi məsləhət bilsə, növbəti oyunlar üçün hazıram.
– Şayiələr gəzirdi ki, sən Avstriyaya “Mattersburq” klubu ilə müqavilə imzalamağa getmisən. Bunlar nə dərəcə doğrudur?
– Xeyr, belə şey yoxdur. Bu, sadəcə, şayiədir. Orada oynayacağımla bağlı müsahibə verməmişəm. Mən ora getmək istəmədim.
– Səni burada Rusiya, yoxsa Azərbaycan vətəndaşlığı kimi oynadırlar?
– Mən bilmirəm. Klub rəhbərliyindən soruşun. Mən oyunçuyam. Belə şeylərə baş qoşacam?
– 81-ci dəqiqədə oyuna daxil olaraq, yeni komandada debüt etdin.
– Bəli, bu, yaxşı hal oldu. Amma təəssüf ki, uduzduq. Yaxşı mübarizə apardıq, amma bunu hesabda əks etdirmək lazım idi. İnşallah, növbəti oyunlarda yaxşı olar.
