Ramilin komandası növbəti mərhələdə
21.12.2023 , 17:18

Tayland kubokunda 1/16 final mərhələsinin matçları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” “Uttaradit”lə qarşılaşıb.
Ramilin komandası bu görüşdə qalib gəlib – 2:1.
Bununla da “Buriram Yunayted” 1/8 finala yüksəlib.
