Ramilin ilk oyunu
18.08.2018 , 19:56

Dünən “Krılya Sovetov”la müqavilə bağlayan Ramil Şeydayevin adı artıq klubun sifariş ərizəsinə salınıb.
Milli komandamızın üzvü sabah Premyer Liqada debüt edə bilər. Rusiyalı həmkarlarımız 22 yaşlı forvardın 4-cü turda Moskva “Lokomotiv”i ilə görüşdə meydana çıxa biləcəyini yazıblar.
Qeyd edək ki, Şeydayev “Krılya Sovetov”la 1 illik müqavilə bağlayıb.
