Ramilin baş məşqçisi istefa verdi
19.02.2024 , 15:02
“Kocaelispor”un baş məşqçisi Ertuğrul Sağlam istefa verib.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlymat yayıb. Baş məşqçi ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.
Ertuğrul Sağlam ötən ilin yayından “Kocaelispor”u çalışdırır.
Azərbaycanlı futbolçu Ramil Şeydayev də “Kocaelispor”da formas geyinir.
