Ramil Şeydayevlə bağlı qəti qərar
09.08.2018 , 14:35

“Trabzonspor” millimizin futbolçusu Ramil Şeydayevlə yolları ayırmağa qərar verib.
22 yaşlı oyunçunun yeni mövsüm üçün komandada düşünülmür. Komandanın baş məşqçisi Ünal Karaman forvardı gələcək planlarına salmayıb. O, Burak Yılmazla Uqo Rodalleqaya başqa alternativin axtarılmasını rəhbərlikdən tələb edib.
Qara dəniz klubunun rəhbərliyi Şeydayevin “Trabzonspor”dan alacaqları qarşılığında ona azad agent statusu verməyi təklif edib. Ancaq millimizin üzvünün bu təklifə müsbət cavab verməyib.
