Futbol

Ramil Şeydayevin transfer qiyməti: 3 milyon avro

13.02.2017 , 16:06

“Trabzonspor”un milli komandamızın üzvü Ramil Şeydayevi Slovakiyanın “Jilina” klubuna icarəyə verməsi barədə məlumatı diqqətinizə çatdırmışdıq.
 
Korner.az-ın məlumatına görə, 20 yaşlı hücumçu icarə əsasında 2018-ci ilin yayına qədər Slovakiya təmsilçisinin şərəfini qoruyacaq. Qara Dəniz təmsilçisi millimizin forvardının transfer qiymətini də açıqlayıb. Belə ki, əgər “Jilina” Şeydayevi birdəfəlik transfer etmək istəsə “Trabzonspor”a 3 milyon avro ödəməli olacaq.
 
Əgər başqa bir klub Ramili transfer edərsə bu məbləğin 10%-i Slovakiya klubunun payına düşəcək. Gənc forvardın “Jilina”dakı aylıq maaşının 10 min avrosunu da “Trabzonspor” ödəyəcək.  (sportal.az)

Son yazılar

Yuxarı