Ramil Şeydayevin “Trabzonspor”dakı maaşı açıqlandı
08.07.2018 , 18:31

“Trabzonspor”un futbolçularının illik məvacibi açıqlanıb
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin də qazancı bəlli olub.
Həmyerlimiz “bordo-mavililər”də qalsa, ilinə 400 min avro maaş əldə edəcək. Bu isə komandada ən aşağı 4-cü göstəricidi. Şeydayev yalnız Kamil Çörəkçi, Abdulkadir Ömür və Yusuf Yazıcını qabaqlayır.
Qara dəniz təmsilçisində ən yüksək məvacibli oyunçu Burak Yılmazdı. Türkiyə millisinin hücumçusu il ərzində 3 milyon 550 min avro qazanır.
