Türkiyənin “Trabzonsor” klubuna transfer olunan “Zenit”in sabiq hücumçusu Ramil Şeydayevin son günlərdə Azərbaycan vətəndaşlığı alması rus jurnalistlərin müzakirəsinə səbəb olub.
Korner.az-ın məlumatına görə, Rusiyanın gənclərdən ibarət yığmasında çıxış edən Şeydayev bu il Azərbaycan yığmasında oynamaq üçün ölkəmizin vətəndaşlığını alıb.
Lakin rus hüquqşünas Mixayil Prokopeç iddia edir ki, gənc futbolçu Azərbaycan yığmasında oynaya bilməz. O, bu iddiasını belə izah edir:
“FİFA qaydalarına görə, əgər futbolçu bir yığmanın heyətində oynayıbsa, gələcəkdə digər yığmaya keçmək üçün ən azı həmin ölkənin pasportuna yiyələnməlidi. Lakin Ramil Şeydayev 2013-cü ildə gənclərdən ibarət Rusiya yığmasında oynadığı zaman Azərbaycan pasportuna malik deyildi. Buna görə də, FİFA qanunlarına görə, futbolçunun Azərbaycan yığmasında oynamaq hüququ yoxdu”
Xatırladaq ki, AFFA Ramil Şeydayevi millidə oynatmaq üçün FİFA-ya rəsmi müraiəct etmişdi
