Ramil Şeydayevin Avstriya klubuna transferi baş tutmayıb
07.07.2018 , 12:33

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin Avstriya “Mattersburq”una transferi baş tutmayıb.
22 yaşlı hücumçu ilə Budesliqa klubu arasındakı danışıqlardan müsbət nəticə əldə olunmayıb.
Bu səbəbdən, o, müqavilə üzrə məxsus olduğu Türkiyə “Trabzonspor”unun düşərgəsinə qayıdacaq.
Qeyd edək ki, R.Şeydayev ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirib.
