Türkiyənin “Trabzonspor” klubu çempionatın ikinci dövrəsi üçün hazırlıqları davam etdirir.
Korner.az-ın məlumatına görə, Türkiyənin tanınmış “Fanatik” qəzeti Qara dəniz təmsilçisinin hazırlıqlarından bəhs edən geniş yazı hazırlayıb.
Türkiyəli həmkarlarımız milli komandamızın üzvü Ramil Şeydayev haqqında da yazıblar:
“Ramil yüngül zədəsi olduğu üçün toplanlışda komanda ilə birlikdə məşq edə bilmədi. Bərpa prosesindən sonra düz qaçışlara başladı. Demək olar ki, bu toplanış onun üçün deyildi. Onun üçün çox uğursuz bir period oldu”.
