Ramil Şeydayev üçün əlamətdar oyun
06.02.2023 , 14:39

Ramil Şeydayev “Qarabağ”da 100-cü oyununu keçirib.
Korner.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun yubileyi Azərbaycam Premyer Liqasının XXI turuna təsadüf edib. O, “Kəpəz”lə səfər görüşündə meydana çıxıb. Ramil 100 matçda 30 qola imza atıb. O, ölkə çempionatında 61 (23 qol), kubokda 9 (4 qol), avrokuboklarda 30 (3 qol) dəfə şans qazanıb.
Şeydayevin “Qarabağ”dakı debütü də “Kəpəz”ə qarşı oyunda gerçəkləşib. 2017-ci il sentyabrın 17-də keçirilən evdəki Premyer Liqa qarşılaşması (2:0) onun Ağdam klubunda ilk matçı olub.
Gəncədəki matç 1:1 hesabı ilə başa çatıb.
