Ramil Şeydayev Türkiyəyə getdi
31.01.2019 , 21:55

Millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın “Krılya Sovetov” klubu təlim-məşq toplanışınının 2-ci mərhələsi üçün Türkiyəyə yollanıb.
Samara təmsilçisi fevralın 13-dək Antalyada hazırlıq keçəcək. Baş məşqçi Miodraq Bojoviç toplanışa 26 oyunçu aparıb. Şeydayev də toplanışa gedən futbolçular arasında yer alıb.
“Krılya Sovetov” Türkiyədə 4 yoxlama oyunu keçirəcək. Komanda fevralın 2-də Bolqarıstanın “Botev”, 6-da Serbiyanın “Partizan” klubu ilə qarşılaşacaq. Latviyanın “Spartak” və Qazaxıstanın “Kaysar” klubu ilə qarşılaşma isə fevralın 12-nə nəzərdə tutulub.
Qeyd edək ki, “Krılya Sovetov” qış hazırlığının ilk mərhələsini Birləşmiş Ərəb Əmirliklərində keçirmişdi.
