Ramil Şeydayev Türkiyəyə getdi
19.02.2019 , 10:00

Millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın “Krılya Sovetov” klubu təlim-məşq toplanışınının sonuncu – 3-cü mərhələsi üçün yenidən Türkiyəyə yollanıb.
Samara təmsilçisi hazırlıq keçəcəyi Antalyanın Bələk bölgəsinə 25 futbolçu ilə gedib ki, onların arasında Şeydayev də var.
Qeyd edək ki, “Krılya Sovetov” Antalyada 4 yoxlama oyunu keçirəcək. Komandanın bundan əvvəlki 2 toplanışı müvafiq olaraq, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədə olmuşdu.
