Ramil Şeydayev Türkiyəyə gedir
28.01.2019 , 21:18

Millimizin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi “Krılya Sovetov” təlim-məşq toplanışının ikinci hissəsi üçün Türkiyəyə gedəcək.
Komanda yanvarın 30-u Antalyanın Bələk bölgəsinə yola düşəcək. Rusiya Premyer Liqası təmsilçisi burada fevralın 12-nə qədər 4 yoxlama oyunu keçirəcək. “Krılya Sovetov” Bolqarıstanın “Botev”, Serbiyanın “Partizan”, Latviyanın “Spartak” və Qazaxıstanın “Kaysar” klubları ilə qarşılaşacaq.
Qeyd edək ki, R.Şeydayev komandasının Dubaydakı ilk təlim-məşq toplanışı zamanı oynadığı hər iki hazırlıq matçında meydana çıxıb.
