Ramil Şeydayev Rusiyada qalmaqala səbəb oldu
09.12.2018 , 14:01

Milli komandamızın futbolçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” klubu Rusiya Premyer Liqasının XVII turu çərçivəsində öz meydanında “Rostov”u qəbul edib.Samara təmsilçisi rumıniyalı yarımmüdafiəçi Paul Antonun 11-ci dəqiqədə penaltidən vurduğu qolla qələbə qazanmağı bacarıb.
Qarşılaşma ilk dəqiqələrdə kobud məcrada keçirb. Görüşün 44-cü dəqiqəsində “Krılya Sovetov”ub hücumçusu Sergey Kornilonko ikinci sarı vərəqə ilə meydandan qovulub. 81-ci dəqiqədə isə qonaqların islandiyalı futbolçusu Raqnar Siqurdson topu “Krılya Sovetov”un ehtiyat oyunçular skamiyasına vurub. Bir dəqiqə əvvəl qol müəllifi Antonun əvəzinə meydana daxil olmuş Ramil Şeydayev isə bu futbolçuya kobud şəkildə reaksiya verib. Bu isə futbolçular arasında qalmaqala səbəb olub. Nəticədə Siqurdsona birbaşa qırmızı, Şeydayevə isə sarı vərəqə göstərilib.
Hadisələrin sakitləşməsindən heç beş dəqiqə keçməmiş bu dəfə qonaqlarda moldovalı futbolçu Aleksandr Qatskan ikinci sarı vərəqə alaraq meydandan qovulub. “Rostov”un baş məşqçisi Valeri Karpin bu hadisəyə görə dördüncü hakimlə mübahisə edib. Belədə baş hakim Sergey Karasyov onu da texniki zonadan uzaqlaşdırıb.
