Ramil Şeydayev Rusiya klubu ilə danışıqlara başladı
10.08.2018 , 11:26

“Trabzonspor”dan ayrılan Ramil Şeydayev Rusiyada oynaya bilər.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 22 yaşlı hücumçu Premyer Liqa təmsilçisi “Krılya Sovetov”la danışıqla aparır. Əgər tərəflər razılığa gəlsələr, transfer rəsmiləşəcək.
Qeyd edəl ki, Şeydayev “Zenit”in yetirməsidir. Millimizin üzvü “Rubin”də də icarə əsasında çıxış edib. 2016-cı ildə “Trabzonspor”a transfer olan forvard “Jilina” və “Qarabağ”da icarə əsasında oynayıb.
