Ramil Şeydayev rəsmən “Qarabağ”da
01.07.2021 , 20:04

“Sabah”dan ayrılan Ramil Şeydayevin “Qarabağ”a keçidi rəsmiləşib.
Korner.az xəbər verir ki, millimizin hücumçusu ilə 2 illik müqavilə imzalanıb.
Bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb. O, “Qarabağ”da 77 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, 25 yaşlı hücumçu 2017/2018 mövsümündə “Qarabağ”da icarə əsasında çıxış edib.
