Ramil Şeydayev “Qarabağ”dan gedir
23.05.2023 , 10:20

“Qarabağ”ın hücumçusu Ramil Şeydayev mövsümün sonu Ağdam klubundan ayrılacaq.
Korner.az-ın xəbərinə görə, futbolçu karyerasını Taylandda davam etdirəcək.
Onun sözügedən ölkənin “Buriram Yunayted” klubunda çıxış edəcəyi gözlənilir.
Tərəflər arasında artıq razılaşmanın əldə olunduğu bildirilir.
