Ramil Şeydayev “Neftçi”yə gəlir?
06.02.2020 , 15:03

Moskva “Dinamo”sundan ayrıldıqdan sonra klubsuz qalan Ramil Şeydayev karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, 23 yaşlı forvard “Neftçi”nin trafser siyahısındadı. Bu barədə Rusiyanın sport24.ru saytı xəbər yayıb.
Qeyd edək ki, yanvar ayında Moskva təmsilçisindən rəsmi olaraq ayrılan Şeydayev Azərbaycan klublarından “Qarabağ”da oynayıb. O, 2017/2018 mövsmündə icarə əsasında Ağdam təmsilçisində çıxış edib.
