Ramil Şeydayev milliyə dəvət aldı
11.03.2019 , 15:21

Rusiya Premyer Liqasında çıxış edən “Krılya Sovetov” klubunun hücumçusu Ramil Şeydayev milli komandamıza dəvət alıb.
Bu barədə klubun saytı məlumat yayıb. 22 yaşlı hücumçu millimizin Xorvatiya ilə AÇ-2020-nin seçmə mərhələ və Litva ilə yoxlama oyununda heyətdə yer alacaq.
Seçmə mərhələnin ilk turunda martın 21-də səfərdə Xorvatiyanın qonağı olacaq millimiz 4 gün sonra isə Bakıda Litva ilə yoxlama matçı keçirəcək.
Qeyd edək ki, Şeydayev qış fasiləsindən sonra Samara klubunun heyətində hər iki oyunda meydanda olub və iki qola imza atıb.
