Ramil Şeydayev “Krılya Sovetov”dan gedə bilər
13.06.2019 , 12:06

Millimizin hücumçusu Ramil Şeydayev komandasını dəyişə bilər.
Korner.az-ın məlumatına görə, 23 yaşlı forvardın “Krılya Sovetov”la müqavilə müddəti bu ayın sonunda başa çatacaq və o, iyulun 1-dən azad agent statusu daşıyacaq.
Rusiya mətbuatı yazır ki, Şeydayev çox güman ki, klubunu dəyişəcək. O, Samara təmsilçisindən ayrılaraq başqa bir Premyer Liqa klubuna keçə bilər.
