Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Trabzonspor” Super Liqada cari mövsümdə ilk məğlubiyyətini alıb.
Korner.az-ın məlumatına görə, Trabzon təmsilçisi “Qaziantepspor”la səfər matçında 0:1 hesabı ilə uduzub.
Ərsun Yanalın komandası 88-ci dəqiqədə buraxdığı qolla uduzub. “Trabzonspor” 2 oyundan sonra 3 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
Hələ ki Super Liqada debüt etməyən Şeydayev millimizin San-Marino yığması ilə səfərdəki rəsmi oyununa çağırılıb.
