Türkiyə superliqasında 7-ci turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Trabzonspor” öz meydanında “Akhisar”ı qəbul edib. Görüş qolsuz bərabərliklə başa çatıb.
Ramil Şeydayevin adı ilk dəfə olaraq “18-liy”ə daxil edilib. Ancaq baş məşqçi Ərsun Yanal gənc hücumçuya şans verməyib.
