Ramil Şeydayev ehtiyatda qaldı, komandası uduzdu
16.09.2018 , 12:12

Futbol üzrə Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilir. Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Tula “Arsenal”ı ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan ağır məğlubiyyətlə ayrılıb – 0:4. Ramil bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü sonadək ehtiyatda qalıb.
“Krılya Sovetov” 7 turdan sonra 7 xalla 16 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.
