Futbol

“Ramil Şeydayev daha səviyyəli futbolçu ola bilərdi”

27.04.2018 , 07:27

“Düşünürəm ki, 2015-ci ildəki heyətdən Ramil Şeydayev indi daha yüksək səviyyədə ola bilərdi”.

Bu sözləri Rusiyanın gənclər millisinin baş məşqçisi Dmitri Xomuxa yerli mətbuata açıqlamasında deyib. 

Rusiyada yetişən gənc futbolçuları “Real”ın yarımmüdafiəçisi Marko Asensio ilə müqayisə edən mütəxəssis hazırda icarə əsasında “Qarabağ”da çıxış edən Ramil Şeydayevi xüsusi vurğulayıb. O, müqavilə ilə “Trabzonspor”a məxsus olan hücumçunun Azərbaycan millisini seçməsini ölkəsi üçün ciddi itki hesab edib:

“Onun vətəndaşlığını dəyişib Azərbaycanı seçməsi rus futbolu üçün böyük itki oldu. Bu oğlan gələcəkdə Rusiya millisində daha ciddi səviyyədə çıxış edə bilərdi. Heç legioner də hesab olunmazdı. Əsas milliyə yüksəlmək üçün onda bütün keyfiyyətlər var idi”.

Xomuxa Şeydayevin Azərbaycanı seçməklə tələsik qərar verdiyini söyləyib: “Hər kəs qərarını özü verir, öz taleyinin sahibidir. Şeydayev də bu cür hərəkət etdi. Amma mənim fikrimcə, bir qədər tələsdi”. 

Son yazılar

Yuxarı