Futbol

Ramil Şeydayev: “Buraxdığımız qol məni çox məyus etdi”

07.09.2019 , 11:28

“Uduzmuşuq, nə deyə bilərəm? Bacardığımız qədər oynadıq. Məğlubiyyətə layiq idik, ya yox, bunu deyə bilmərəm”.

 

Korner.az xəbər verir ki, bunları “Report”a açıqlamasında Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev səfərdə Uels yığmasına 1:2 hesabı ilə uduzduqları AÇ-2020-nin seçmə oyununda sonra söyləyib.

 

– Bərabərlik qolu sizin ötürmənizdən sonra vuruldu. Mahir Emrelini görürdünüz, yoxsa ötürməni səsə etdiniz?

– Görürdüm. Yaxşı açıldı, mən də etməli olduğum ötürməni verdim.

 

– Necə düşünürsünüz, bu, cari tsikldə millimizin ən yaxşı oyunu idi?

– Xeyr. Fikrimcə, Xorvatiyaya qarşı bundan bir qədər yaxşı oynamışdıq.

 

– Uels sizi nə iləsə təəccübləndirdi?

– Deməzdim ki, təəccübləndirdilər. Onlar hücum edirdi, biz isə bütün komandayla müdafiə olunurduq. Çox da hücum etmədik.

 

– Çox dilxorsunuz. Səbəb istədiyiniz səviyyədə oynaya bilməməyinizdir, yoxsa son dəqiqələrdə buraxılan qoldur?

– Bu gün də əlimdən gələni etdim. Son dəqiqələrdə buraxdığımız qol məni çox məyus etdi.

 

– Son dəqiqədə cərimə meydançasında yıxılaraq penalti ala bilərdiniz.

– Rəqib mənə toxunmamışdı.

 

– Xorvatiya ilə matçadək istər fiziki, istərsə də psixoloji baxımdan bərpa ola biləcəksiniz?

– Əlbəttə! Bu, ilk belə hal deyil. Fikrimcə, rotasiyalar üçün də yetərincə imkanlarımız var. Məncə, tam bərpa olacağıq.

Son yazılar

Yuxarı